Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Tükənməz təmiz enerji

      Yəqin ki, kimsə mənim “Tükənməz və təmiz enerji mənbələri” ifadəmdəki “Tükənməz” sözü ilə razılaşmayacaq. Əslində dünyamızdakı hər bir yaranışın bir başlanğıcı olduğu kimi, bir sonu da olur. Lakin həyatda elə şeylər də var ki, onların davamiyyəti və mövcutluğu bizim “insan ömürü” ilə müqayisədə sanki bütöv bir əbədiyyət və daimilik qədər davam edə biləcək kimi uzun görünür. Buna misal olaraq bir çox enerji mənbələrini göstərə bilərik. Praktiki olaraq tükənməyən təmiz enerji mənbələrinə bərpa olunabilən alternativ enerji mənbələri də deyirik. Alternativ enerji mənbələrinə aşagıdakılar aiddir.
1). Külək enerjisi;
2). Günəş enerjisi;
3). Qabarma–çəkilmə;
4). Çayların enerjisi;
5). Geotermal;
6). Bioyanacaq;
İndi isə bu enerji mənbələri haqqında qısa da olsa məlumat verək.
Bilirsiniz ki, biz nəhəng hava okeanının dibində yaşayırıq. (Göylər sonsuz bir dənizdir). Bu nəhəng okean formalaşdığı çağlardan bu günə qədər sakitləşmək bilmədən hərəkətdədir.
      Külək– məhz bu hərəkətin (hava axınının) nəticəsidir və özü ilə daim bitib tükənmək bilməyən enerji daşıyır. İnsanlar qədim zamanlardan bu günə kimi bu enerjidən istifadə etmişlər. Vaxt keçdikcə, elm və texnologiya inkşaf etdikcə, insanların küləyin gücündən, enerjisindən istifadə üsulları daha da təkmilləşmiş və genişlənmişdir. Yer üzərində külək günəşin atmosferə təsirinin nəticəsində meydana çıxır. Əlbəttə burada yerin coğrafi releyfi, öz oxu ətrafında fırlanması və bunun nəticəsində günəş tərəfindən qeyri-bərabər qızması kimi amillərin də rolu vardır. Məsələn, Yerin tropik bölgəsində həmişə Yerin şimal yarımkürəsində şimali şərqdən ekvatora doğru, cənub yarımkürəsində isə cənub şərqdən ekvatora doğru küləklər (passat küləklər) əsir. Bu da yerin qərbdən şərqə doğru öz oxu ətrafında fırlanması ilə əlaqədardır. Bunları əsas gətirərək deyə bilərik ki, nə qədər ki günəş bu dünyaya işıq saçır, planetimizdə atmosfer mövcutdur və nə qədər ki, planetimiz öz oxu ətrafında fırlanır deməli külək və onun daşıdığı enerji, biz ondan istifadə etsək də, etməsək də həmişə mövcut olacaqdır. Təmizliyinə gəlincə isə bu elə canlı aləmin hesabına yaşadığı adi havadır. Küləyin enerjisindən istifadə üsulları müxtəlif ola bilər. Küləyin enerjisindən ilk vaxtlar yelkənli qayıqların hərəkəti üçün sonralar isə suvarma işlərində və dəyirmanlarda dən üyütmək üçün istifadə olunub.
       Hesab edilir ki, ilk külək mühərrikləri hələ 2 min il əvvəl Çində, Yaponiyada və Tibetdə quraşdırılıb. Bizim eramızdan əvvəlki dövürlərdə külək mühərrikləri Misirdə, Yaxın Şərqdə, o cümlədən, Qədim Azərbaycanda da mövcut olmuşdur. Avropada ilk külək dəyirmanları Fransada XII əsrin əvvəllərində şərqə işğalçı səlib, xaç yürüşləri dövründə meydana çıxmışdır. Şərqin bir çox mədəniyyətini görüb, götürmüş avropalılar bu qurğulara da ilk dəfə orada rast gəlmiş və onlar üçün yeni olan bu ixtiranı avropada istifadə etmişdirlər. Britaniyada artıq 1140-cı illərdə külək dəyirmanları var idi. Onlar da Fransada istismar olunan dəyirmanlar əsasında quraşdırılmışdır. Almaniyada ilk yel dəyirmanı 1393-cu ildə Şpeyer şəhərində qurulmuşdur. Sonradan bu dəyirmanlar digər ölkələrə də yayılır. Dünyada ilk 100 kVt gücndə külək elektrik stansiyası keçmiş Sovet ittifaqında Krımda istismar olunmuşdur. Bugünkü dövrdə küləyin enerjisindən elektrik enerjisi istehsal etmək məqsədilə geniş miqyasda istifadə olunur. Bunun üçün külək elektrik stansiyaları qurulur. Müxtəlif gücdə və fərqli konstruksiyalarda olan külək mühərrikləri dünyanın bir çox yerlərində və hətta daim küləkli dəniz və okeanlarda da quraşdırılaraq istismar olunur. Vaxt keçdikcə, dünyada enerji böhranının baş verdiyi bir vaxtda, küləyin enerjisindən istifadə səmərəlidir.
 
       Neft və qaz ehtiyyatlarının dünya miqyasında azalması, onların hasilatının aşağı düşməsi bu gün və eləcədə yaxın gələcəkdə qeyri-ənənəvi enerji mənbələrindən istifadəni qaçılmaz və zəruri edir.
       Günəş enerjisi– burada günəş enerjisi dedikdə əlbəttə ki, onun yer üzərinə gəlib çatan işıq və istilik enerjisi başa düşülməlidir. Günəşin işığı və istiliyi yer üzərində həyatın mövcütlüğu üçün böyük rol oynayır. Günəş nəhəng işıq və istilik mənbəyidir. Diametri 1400 000 km, kütləsi isə 2·1030kq, yəni yerin kütləsindən 333000 dəfə çoxdur. Günəşin tərkibi təxminən 81% hidrogendən, 18% helliumdan qalan 1% isə digər elementlərdən ibarətdir. Günəşdə fasiləsiz olaraq hidrogenin helliuma çevrilməsi ilə nəticələnən istilik nüvə reaksiyaları gedir. Bu reaksiya sonradan daha ağır elementlərin yaranması ilə başa çatır ki, bu da günəşin təkamülünü müəyyənləşdirir. Günəş arasıkəsilmədən kainata külli miqdarda enerji saçır. Onun bir ildə kainata səpdiyi enerji 4·1023kVt·saat tərtibindədir. Bir ildə Günəşdən Yerə 2·1018kVt·saat işıq enerjisi düşür. Bu da dünyada insanların işlətdiyi enerjidən 30 min dəfə çoxdur. Yer atmosferindən kənarda günəş şüalarına perependikulyar qoyulmuş 1m2 səthə 1.36 kVt (yəni 1.36 kVt/m2) günəş şualanma enerjisi düşür. Yer atmosferinin yuxarı qatlarına il ərzində 5.6·1024 C miqdarında günəş enerjisi düşür. Yer atmosferi onun 35%-ni kosmosa qaytarır. Qalan hissəsi isə yer səthinin qızmasına, hidrosferdə buxarlanmaya sərf olunur. Günəşdə gedən fiziki və kimyəvi proseslərin təhlili göstərir ki, onun enerjisi tükənməzdir və milyard illər boyu o bəşəriyyəti enerji ilə təmin etməyə qadirdir. Canlı aləm özündən asılı olmayaraq bu enerjidən istifadə edərək yaşayır. Bəs günəşin Yer üzərinə gəlib çatan işıq və istiliyindən başqa nə cür istifadə etmək olar? Günəş enerjisi istilik, mexaniki və elektrik enerjisinə çevrilməklə kimyəvi və bioloji proseslərdə istifadə oluna bilər. Belə ki, günəş qurğuları yaşayış və ictimai binaların qızdırılmasında və yüksək temperatur şəraitində aparılan texnoloji proseslərdə tətbiqini tapmışdır. Onlar isti su almaq, dəniz suyunu və ya minerallaşdırılmış suları şirinləşdirmək, materialların və ya kənd təsərrüfatı məhsullarının qurudulması və s. məqsədlə də işlənir. Hesablanmışdır ki, Yer səthinin bir kvadrat santimetrinə perpendikulyar düşən Günəş şuası hər dəqiqədə təxminən 1.4 kalori (1 kalori=4.2 Coul) istilik verir. Bunu kvadrat metrə çevirdikdə saniyədə 1/4 kkalori olur. Belə böyük kalori tamamilə mexaniki işə çevrildikdə 427 kqm iş verdiyindən yer kürəsinin səthinin 1 kvadrat metrinə perpendikulyar düşən günəş şuaları hər saniyədə 100 kqm-dən çox enerji verir. Başqa sözlə desək 1.33 at qüvvəsindən çox iş görülür (bax. Y.İ. Perelman. Əyləncəli fizika.).
      Ümumiyyətlə, ərazinin iqlim şəraitindən və coğrafi enlikdən asılı olaraq, günəş şualarının yer səthinə verdiyi orta illik enerji 100-250 Vt/m2 qədər olur. Coğrafi enlikdən asılı olmayaraq günorta çağı aydın səmada bu göstərici demək olar ki, hər yerdə öz pik qiymətini alır və 1000Vt/m2 təşkil edir. Müasir dövrürdə günəş su qızdırıcı qurğuları, günəş mühərrikləri, günəş batareyaları bir çoxumuza tanışdır. Hələ 1600-cu ildə Fransada suyun ötürülməsi üçün istifadə edilən və qızdırılmış hava ilə işləyən ilk günəş mühərriki yaradılmışdır. XVII əsrin axırında görkəmli fransız kimyagəri A. Lavuazye birinci günəş sobasını yaratdı.Bu sobada 1650°C hərarət almaq mümkün idi. 1866-cı ildə fransız A. Muşo Əlcəzairdə bir neçə ədəd günəş kondensatoru quraşdırmışdır. 1878-ci ildə Parisdə keçirilən ümümdünya sərgisində onun xörək hazırlamaq üçün quraşdırdığı günəş sobası nümayiş etdirilir. 1933-cu ildə ABŞ- da C. Erikson 4.8 və 3.3 m ölçülü parobolosilindrik konsentratorlu günəş-hava mühərriki quraşdırmışdır. Birinci irimiqyaslı su distilə qurğusu Çilidə 1878-ci ildə amerikalı mühəndis Ç. Uilson tərəfindən qurulmuşdur. Bu qurğu 30 il istismar edilmiş və mədənə işməli su vermişdir. 1890-cı ildə professor V.K. Serasski Moskvada paraboloid güzgünün yığdığı günəş enerjisi vasitəsilə güzgünün fokusunda 3000°C-dən artıq hərarət almış və metaləritmə prosesini həyata keçirmişdir. Günəş qurğularının işi günəşdən alınan işıq və istiliyin çevrilməsi prinsipinə əsaslanır. Bu qurğular haqqında bir qədər məlumat verək. Günəşin yer səthinə gəlib çatan istiliyindən xüsusi günəş su qızdırıcı qurğularında istifadə olunur. Bu qızdırıcılar məişətdə, bəzi hamamxanalarda və s. yerlərdə müxtəlif məqsədlərlə istifadə olunur.Su bu günəş qazanlarında 70–80°C və daha artıq temperatura qədər qızır. Su qızdırıcıların orta f.i.ə 47% təşkil edir. (maksimum 61%-ə çatır). Günəş qızdırıcı qurğularına günəş kollektorları da deyilir.

       Onların iki növü mövcutdur; yastı kollektor və fokuslayıcı kollektor. Yastı kollektorlarda günəş enerjisi sıxlaşdırılmadan udulur. Fokuslayıcı kollektorlarda isə sıxlaşdırma aparılır, yəni xüsusi güzgü səthlərə düşən günəş işıq seli bir nöqtədə toplanmaqla (fokuslanmaqla) gücləndirilir və istilik daşıyıcsına ötürülür. Günəşin enerjisindən təkcə qızdırıcı qurğularda istifadə olunmur. Bu enerji xüsüsi soyuducu qurğularda da tətbiq oluna bilər. Məsələn, bir zamanlar Türkmənisdanda Günəş soyuducusu sınaqdan çıxarılmışdır. Kölgədə temperatur 42°C olarkən soyuducunun kameralarında soyutma batareyalarının temperaturu sıfırdan 2–3C° aşağı olar. Bu o zamanlar keçmiş Sovet İttifaqında sənaye miqyaslı günəş soyuducu qurğusunun ilk nümunələrindən biri idi. Günəşin enerjisindən həm də elektrik cərəyanı istehsal etmək üçün istifadə olunur. Bu məqsədlə istilik mühərriklərindən istifadə etməklə termodinamiki çevirmə sistemləri və günəş batareyaları tətbiq olunur. Günəş enerjisinin elektrik enerjisinə çevrilməsi günəş elektrik stansiyalarında (GES) baş verir. Burada günəş enerjisini qəbul edib onu ardıcıl olaraq əvvəl istilik, mexaniki sonra isə elektrik enerjisinə çevirən avadanlıqlar olur. GES-nın işini səmərəli təşkil etmək üçün enerji yığımı və avtomatik idarəetmə sistemləri tələb olunur. Günəş enerjisinin qəbulu və istiliyə çevrilməsi optik əksetmə sistemi və sıxlaşdırılmış günəş enerjisi qəbuledicisinin köməkliyi ilə baş verir. Bunlar su buxarı almaq, qazşəkilli və digər istilik daşıyıcılarının işçi hissələrinin qızdırılması üçün istifadə edilir. Günəş elektrik stansiyalarının yerləşdirilməsi üçün ən əlverişli yer quraqlıq və səhra zonalarıdır.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV