Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Səndə düzəlt.
Pəri hazırlamaq üçün qalınlığı 3-5 mm olan alüminium lövhələrdən istifadə etmək olar. Lakin alüminium lövhə əvəzinə siz səhvən düralümin ala bilərsiniz. Düralümin alümindən fərqli olaraq sərt və kövrəkdir, ondan qanadları hazırlayarkən əymək, lazımı formanı vermək mümkün deyil. Alümin lövhənin fərqini aşkar etmək üçün onun uc hissəsindən kiçik ölçüdə zolaq kəsib, kəlbətinlə əyməklə yoxlamaq olar. Alümin zolaq asan əyildiyi halda düralümin zolaq nisbətən çətin əyilir və sınır. Digər tərəfdən isə siz taxta materiallardan da istifadə etməklə pər hazırlaya bilərsiniz. Taxta pərlərin hazırlanması nisbətən çətindir və zəhmət tələb edir. Bundan başqa taxta material mühitin temperaturuna, rütubətliliyinə həssas olduğu üçün belə pərlər daha çox qulluq və nəzarət tələb edir. Qoruyucu qat kimi taxta üçün rəng və laklardan istifadə etmək olar. Qanadları hazırlayarkən onların profil formasına diqqət yetirmək lazımdır. Profilin forması və qanadın hücum bucağı (fırlanma müstəvisinə nəzərən yerləşməsi) pərin fırlanma surətinə və işəsalma momentinə təsir göstərən amillərdir ki, bu da pərin ümumilikdə aerodinamik keyfiyyət göstəricilərini müəyyən edir. Yuxarıda sadalanan üsullar bir qədər vaxt və pul itkisilə başa gəlsə də istənilən nəticəni vermədi. Lakin ən yaxşı üsul pərin hazırlanmasında hamıya yaxşı tanış olan plastik borulardan istifadə etməkdir. Bu cür boruları siz təsərrüfat malları satılan dükan və bazarlardan əldə edə bilərsiniz. Diametri 110-150 mm olan borulardan istifadə etmək daha məqsədəuyğundur. Diametri 2 m olan pər hazırlamaq üçün uzunluğu 1m, diametri 110 və ya 150 mm olan plastik borunun silindrin doğuranı üzrə üç bərabər hissəyə bölmək lazımdır. Nəticədə üç ədəd eyni ölçülü çökük düzbucaq formalı qanadlar alınacaq. Alınmış lövhələri qanad formasına salmaq üçün hamısını eyni formada olmaq şərtilə eyni bir tərəfdən çəpəki şəkildə kəsmək və onların pər topuna bağlandığı yerlərdən lazımı ölçüdə demək lazımdır. Bu cür pər yaxşı aerodinamik keyfiyyətə və işəsalma momentinə malikdir. Pərlərin bu üsulla hazırlanması ucuz başa gəlməklə bərabər həm də asandır və az zəhmət tələb edir. Bu cür pərlər həm də çəkidə yüngül olmaqla qurğunun etibarı işinin təmin edir. Bir çox həvəskarlar məhz plastik borulardan istifadə etməklə pər qanadlarını hazırlayırlar. Daha ətraflı məlumatı axtarış saytlarında açar sözləri yazmaqla əldə etmək olar. İstiqamətləndirici qurğu kimi adətən təyyarə füzelyajını xatırladan quyruqdan istifadə olunur. Quyruğu lövhəşəkilli alümindən, fanerkadan və digər yüngül materiallardan hazırlamaq olar. Külək qurğusu başlığının qüllə üzərində sərbəst fırlanması üçün isə fırlanan dayaq tətbiq olunur. Dayağın vəzifəsi çərçivənin sərbəst fırlanmasını təmin etmək üçün dayağın daxilində radial və radial dayaq yastığı yerləşdirmək lazımdır. Hazırlanmış dayaq isə qüllənin içi boş borusunun daxilində yerləşdirilir. Qüllə. Qüllə külək mühərrikinin ən mühüm hissəsi olub qurğunun başlığını lazımı hündürlükdə saxlamağa xidmət edir. Qüllə məsul hissə olduğu üçün iş zamanı dayanıqlı olmalıdır. Belə ki, külək mühərriki işləyərkən pərin fırlanması nəticəsində qüllədə təhlükəli vibrasiyalar yaranır. Ona görə də qüllənin əlavə köməkçi dayaqlara qaynaq olunması və ya tros dartıqlar vasitəsilə bərkidilməsi vacibdir. Əsas və əlavə bərkidici dayaqlar, karkaslar qüllənin sərtliyini maksimum dərəcədə təmin etməli. İş prosesində baş verə biləcək təhlükəli titrəmələri və ya vibrasiyaları kifayət qədər azaltmalıdır. Hündürlüyü 6-10 m olan qüllə üçün onun əsası (dib hissəsi) 1,7-2,0 m dərinliyə basdırılmaqla betonlanmalıdır. Şəkildə ...... bünövrə üçün hazırladığım flanslı dayaq təsvir olunub. Dayanıqlığı təmin etmək üçün flans bərkidilmiş boruya çarpazşəkilli bucaqlar (uqolnik) qaynaq edilmişdir. Generator. Baxılan halda külək mühərrikində işçi maşın kimi generator quraşdırılmışdır. Generatorlar öz-özünə təsirlənməli və kənardan təsirlənməli olmaqla sabit və dəyişən cərəyan generatorlarına ayrılırlar. Mən generator qismində öz-özünətəsirlənməli sabit cərəyan generatorundan istifadə etmişəm. Bu cür generatorların qütblərində güclü sabit maqnitlər quraşdırılır. Cərəyan isə generatorun valında quraşdırılmış rotorun sarğılarında induksiyalanır vı kollektordan fırçalar vasitəsilə işlədiciyə verilir. Siz həmçinin avtomobil mühərriklərində quraşdırılmış generatorlardan da istifadə edə bilərsiniz. Onlar kənardan təsirlənməli generatorlar olub, təsirlənmə sarğısı mütləq kənar mənbəyə, məsələn akkumulyator batareyalarına qoşulmalıdır. Bu isə külək mühərriklərində istifadə üçün heç də əlverişli deyil. Çünki küləyin əsməsi bizdən asılı deyil və o daim dəyişən fərqli vaxtlarda baş verir. Belə olduğu üçün generatorun təsirlənmə sarğısını daim cərəyan mənbəyinə qoşulu saxlamaq iqtisadi cəhətdən əlverişli deyil və külək qurğusunun alternativ enerji mənbəyi kimi müstəqilliyini təmin etmir. Lakin siz avtomobil generatorunu külək mühərrikində istifadə üçün yararlı hala gətirə bilərsiniz. Bunun üçün rotorun tacı sökülməli, tacın daxilindəki təsirlənmə sarğısı isə həmin ölçüdə diskşəkilli maqnitlə əvəz olunmalıdır. Bu cür maqnitləri köhnə televizor və radioların ucadanışanlarını (dinamik) sökməklə əldə etmək olar. Bu maqnitlərin xarici diametri tacın daxilində yerləşməyə imkan verməklə mərkəzindəki yuvanın daxili diametri generatorun valının maqnitin daxilindən sərbəst keçməsinə imkan verməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, polad val maqnit sahəsini sanki şuntlayır, öz daxilinə alır və kifayət qədər zəiflədir. Buna görə də siz tornaçı ustaya sifariş etməklə generatorun valını maqnitlənməyən metal mildən, məsələn titandan və ya nejovikadan hazırlada bilərsiniz. Mən bu məqsədlə nejovikadan istifadə etmişəm. Generator kimi VAZ, VOLQA maşınlarında istifadə olunan generator seçə bilərsiniz. Maqnit disklərin qalınlığı tacın əvvəlki konstruktiv hündürlüyünü təmin etməlidir. Buna görə də bir neçə maqnit diski üst-üstə qoya bilərsiniz. Bu zaman həmin maqnitlərin həndəsi ölçülərinin eyni olması gözlənilməlidir. Generatorun çıxış valının diametrinin standart ölçüsü 17 mm təşkil edirdi. Bu hissədəki yastığın xarici təbii ki, 17 mm-dir. Lakin valın diametri 47 mm daxili diametri isə 20 mm olan yüngül seriyadan olan 204 markalı yastıq seçdim. Valın ölçüləri elə hesablanmalıdır ki, rotor sonradan onun üzərində yığıldıqda əvvəlki (zavadskoy) mövqeyini, yerləşmə vəziyyətini saxlasın Г250-Н1 markalı avtomobil generatoru üçün valın lazımı ölçülərini təyin etmişəm. Bu ölçülərə istinadən val hazırlansa rotorun generatordakı əvvəlki mövqedə qalması təmin olunar. Maqniti tacın daxilində yerləşdikdə onun maqnit sahəsinin nə cür paylandığını görmək üçün onu elektron şüa borulu televizorun ekranına yaxınlaşdıra bilərsiniz. Ekranda sanki maqnit sahəsini təsvir edən rəngli sahələr alınacaq. Yuxarıda haqqında danışdığımız polad valı daxilində keçirtməklə siz ekranda əvvəlki ləkələrin fonun bir qədər zəiflədiyini görəcəksiniz. Buna görə də valın hazırlanmasında mütləq maqnitlənməyən metallardan istifadə etmək lazımdır. Lazımı ölçüdə val hazırlandıqdan sonra tacı onun üzərinə oturdulur. Maqnit sayboları tacın üzərinə yerləşdirib digər tacı onun üzərinə oturduruq. Nəticədə daxilində sabit maqnit olan rotor alınır. Beləliklə, bizim generatorda kənar təsirləndirici mənbəyə və sarğıya ehtiyac olunur. Maqnit sahəsinin daha güclü olmasını təmin etmək üçün siz fenomaqnitdən deyil, neodyum maqnitdən istifadə edə bilərsiniz. Onlar ferromaqnitdən təxminən 7–10 dəfə güclü olur. Belə maqnitləri lazımı ölçüdə sifariş etməklə əldə edə bilərsiniz. Lakin bu sizə kifayət qədər baha başa gələ bilər. Çünki sifariş xaricində etməli olacaqsınız. Əgər generator yığıldıqdan sonra lazımı gərginliyi verə bilmirsə onda siz dolaqlar sayını artıra bilərsiniz. Digər tərəfdən pərin dövürlər sayı generatorun lazımı gərginlikli cərəyan verməsini təmin edə bilmirsə, onda pərin valına dişli çarx ötürməsi (multiplikator), qayış və ya zəncir ötürməsi tətbiq etmək olar. Bu məqsədlə mən iki pilləli dişli çarx ötürməsi istifadə etmişəm. Birinci pillə qapalı gövdə içərisində, ikinci pillə dişli çarx isə açıq ötürmə şəkilndə hazırlanıb. Yuxarıda yazılanlar tövsiyə xarakterli olub. Nəyin nə cür hazırlanması, nə cür qurulması sizin öz şəxsi ideya və yaradıcılıq qabiliyyətindən də asılıdır. (Mövzuya uyğun şəkillər üçün bax- DAVAMI)
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV