Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Səndə düzəlt.
Bilirsiniz ki, külək daim bir istiqamətdə əsmir və əsas istiqaməti saxlamaqla öz istiqamətini tez-tez dəyişir. Buna görə də onlarda istiqamətləndiricinin olması vacibdir. Bizim modeldə istiqamətləndirici vəzifəsini belə desək təyyarə füzelyajını xatırladan "quyruq" oynayacaq. İstiqamətləndirici anlayışını ona görə istifadə edirik ki, heç də bütün külək qurğularında küləyin istiqamətini tutmaq üçün quyruqdan istifadə olunmur. İstiqamətləndirici quyruq yalnız kiçik ölçülü və kiçik güclü kulək qurğularında tətbiq olunur. Gücü meqavattlarla ölçülən nəhəng külək enerji qurğülarında isə quyryq istifadə olunmur. Ona görə ki, birincisi nəhəng və ağır gövdəni cevirmək üçün quyruğun ölçüsü həddən artıq böyük olmalıdır ki, bu da əlavə material sərfinə və külək qurgusunun böyük ölçülü olmasına səbəb olacaq. Digər tərəfdən isə küləyin əsas istiqamətinə nəzərən hər bir ani istiqamət dəyişməsi üçün kütləsi tonlarla ölçülən nəhəng qurğunun istiqamətinin tez-tez və sürətlə dəyişməsinə ehtiyac yoxdur. Külək mühərriki üçün quyruq kimi siz hər hansı bir nazik plastik, metal və ya taxta lövhədən istifadə edə bilərsiniz. Mən adətən bu məqsədlə nazik aliminium lövhədən istifadə edirəm. Çünki bu material həm yüngüldür, həm də asan kəsilmə və emal olunma baxımından daha üzüyoladır. Siz onu şəkildə göstərilmiş formada və ölçüdə hazırlaya bilərsiniz. Onu çərçivəyə nə cür bərkitmək sizin öz şəxsi istəyinizdən və ideyanızdan asılıdır. Amma ən yaxşı üsul bu nazik quyruğu çərçivədə kəsilmiş nazik kəsiyə oturdub, quruğun pəncələrində vint və ya bolt-qayka vasitəsilə çərçivəyə bərkitməkdir. Buna görə də hazırlanmış quryruğun aşağı hissəsini bir neçə yerdən kəsib, bu kəsilmiş hissələri sağa və sola qatlamaqla üç və ya dörd ədəd pəncə hazırlamaq lazımdır. Bundan sonra onların üzərində çərçivəyə bərkidmək üçün bir, iki ədəd yuva açmaq olar.
Bütün yuxarıda sadalanan detallar, hissələr bir gövdənin və ya çərçivənin üzərində quraşdırılmalıdır. Çərçivəni siz plastik materiallardan, nazik metal karkaslardan, taxtadan istədiyiniz ölçüdə və istədiyiniz formada quraşdıra bilərsiniz. Butun bunlar sizin əlinizin altında olan materiallardan və imkandan asılıdır. Əsas odur ki, bu çərçivə üzərindəki detalları saxlaya bilsin. Bundan başqa siz çərçivənin üzərində onun dayaq ətrafında sərbəst dönə bilməsi üçün yuva açmalısınız. Çərçivəni bu dayaqla əlaqələndirmək üçün, mismardan, şpilkadan (hər iki tərəfində yivi olan mil), və ya xüsusi olaraq bu məqsəd üçün dəzgahda hazırlanmış oxdan istifadə edə bilərsiniz.
Çərçivənin öx ətrafında daha rahat və sərbəst dönə bilməsi üçün bu yuvaya və oxa uyğun ölçudə diyircəkli yastıqları (podşipnik) da quraşdırmaq olar.
Dayaq kimi uzunluğu bir neçə metr olan taxtadan, və ya yüngül aliminium borudan da istifdə etmək olar. Lakin burada əsas məsələ odur ki, sizin dayaqın nə cür və hansı uzunluğda quraşdırılmasından asılı olmayaraq bu dayaq kulək mühərrikini yaxınlıqdakı külək tutan maneələrdən mümkün qədər hündürdə saxlamalıdır. İşlədici kimi rəngarəng işıqlarla yanan yarımkeçirici lampalardan istifadə edə bilərsiniz. Onları çərçivənin və ya quyruğun üzərində quraşdırmaq olar. Hər şey sizin öz zövqünüzdən asılıdır. Onu da qeyd edək ki, generatora yarımkeçirici lampaları qoşmazdan əvvəl pərin fırlanma istiqamətini nəzərə almaqla, generatorun müsbət və mənfi qütblərini nəzərə almaq və yarımkeçiricini bu qütblərə düzgün qoşmaq lazımdır. Əks halda yarımkeçirici lampalar işıqlanmayacaq. Çünki adi elektrik işlədicilərində «+» və ya «-» qütblərin yerni dəyişməsi onların işləməsinə təsir etmir. Yarımkeçiricilərdə isə vəziyyət əksinədir. Bunun nə üçün belə olduğunu bilmək istəyənlərin orta məktəin Fizika-10 dərsliyinə baxmaları yetər. Bəzən generatorun valını pərin valı ilə birləşdirmək kimi problem meydana çıxır. Bu zaman siz tokara müraicət etməklə müvafiq ölçüdə kiçik müftalar sifariş edə bilərsiniz. Əgər belə bir imkanınız yoxdursa və xüsusən də pəri generatora birbaşa (arada ötürücü mexanizm olmadan) qoşursunuzsa, onda ən yaxşısı elə içiboş mil tapın ki, onun xarici diametri pərin firlanma mərkəzindəki yuvaya, daxili diametri isə generatorun valına uyğun gəlsin və ya onları uyğunlaşdırın.
Külək mühərrikinin kiçik modelinin hazırlanması haqqında yuxarıda deyilənlər sadəcə bir məsləhət, təklif və mümkun çoxsaylı variantlardan yalnız biridir. Sizin nəyi nə cur quraşdıracağınız hər şeydən əvvəl sizin öz şəxsi ideyanızdan və yaradıcılığınızdan asılıdır.
İndi isə gücü 150−200 Vt olan böyük külək mühərrikinin ev şəraitində nə cur quraşdırıldığına baxaq.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV