Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Səndə düzəlt.
Bir çoxlarımız bəzən televizorda müxtəlif yaş və sənət sahibi olan insanların əyləncə və ya xobbi naminə nəsə qurub yaratdığı haqqında eşidirik. Xüsusi isdedsda, əmək vərdişlərinə və müəyyən bilgiyə malik olan bu insanlar müxtəlif maraqlı maşın və mexanizimlər, fərqli dizayna malik avtomobillər, fərqli ölçülərdə idarə olunan avtomobil, təyyarə, lokomotiv və s. modellər və daha başqa maraqlı qurğular, cihazlar hazırlayırlar. Onu da qeyd edək ki, bunların hazırlanması üçün təkcə hansısa əmək vərdişinin, müəyyən təlimat və çertyojların olması yetərli deyil. Sizə hər şeydən əvvəl görüləcək işin nədən ibarət olacağından asılı olaraq cürbə-cür alətlər, çəkic, kəlbətin, müxtəlif ölçülü açarlar, burğu, yivaçan, taxta və metal kəsmək üçün mişarlar və s. (hər bir evdə olması vacib olan alətlər) alətlər, eləcə də müxtəlif materiallar (metal, taxta, plastik və s.) lazım olacaq. Bunlar əgər sizdə yoxdursa əlbəttə ki, onları almaq və ya tapmaq üçün sizə bir qədər pul da lazım olacaq. (bu pula siz hətta özünüzə bu işlərdən ötrü boş vaxt da ala bilərsiniz ). Kiçik model və ya maketlərı hazırlamaq üçün çox vaxt zəhmət çəkib əlinizi cibinizə salmaya bilərsiniz. Sadəcə olaraq əlinizin altında olan materiallar da “lazımsız” hesab edilən köhnə cihazlar və məişət avadanlıqları da sizə işinizdə yetərili ola bilər. Böyük işlərdən ötrü isə böyük zəhmət və xərc tələb olunur. Məsələn əgər siz avtomobil həvəskarısınızsa və sizin ürəyinizdən öz şəxsi “istehsalınız” olan yeni dizayna və fərqli quruluşa malik avtomobil quraşdırmaq keçirsə bunun üçün sizin xəricləyəcəyiniz pul maşın bazarındakı hər hansı bir ucuz avtomobilin qiymətindən az olmaya bilər. Şəxsən mənim üçün ev şəraitində əldəqayırma su çarxlarının və külək qurğularının quraşdırılması daha cəlbedici və maraqlıdır. Bunun üçün sizin yaşadığınız coğrafi məkan da xüsusi əhəmiyyət daşıyır. Yəni əgər sizin həyətinizdə və ya yaşadığınız yerin yaxınlığında bol sulu hər hansı bir arx və ya kiçik bir çay yoxdursa onda sizin su çarxı düzəltmək istəməyiniz mənasız güc və vaxt itkisindən başqa bir şey deyil.
Biz bu səhifədə böyük və ya kiçik ölçülü külək qurğusunun ev şəraitində nə cür düzəldilməyindən danışacağıq.
Elektrik enerjisi verən sadə külək qurğusu əsasən 5 hissədən ibarətdir:
1)Pər. (propeller və ya vint)
2)Ötürücü mexanizm. (multiplikator, sürət qutusu və s. mexaniki ötürmələr)
3)Generator
4)Dayaq-çərçivə
5)İstiqamətləndirici (yönəldici,istiqamətverici)
Əvvəlcə kiçik modelin nə cür hazırlandığını izah edək. Hər şeydən əvvəl siz bu qurğu üçün münasıb pər (propeller) tapmalısınız. Pərsiz külək enerji qurğusu-mühərriksiz avtomobil kimi bir şeydir. Bu pərləri siz ya özünüz hazırlaya bilərsiniz ya da haradansa, hər cür malların satıldığı dükan-bazarlardan tapa bilərsiniz (İnternetdən yararlanaraq sifariş də etmək olar.). Onun çəkisi nə qədər yüngül olsa zəif küləkli havada bir o qədər yaxşı işləyər. Əlbəttə burada həm də pərin ölçüsü, pərin qanadlar sayı və aerodinamik keyfiyyəti də xüsusi rol oynayır.
Pərləri hazırlamağa gəlincə isə onu müxtəlif üsullarla hazırlamaq olar. Əgər buçaqla düzgün rəftar edə bilirsinizsə və bunun üçün az da olsa əl qabiliyyətiniz varsa onda siz taxtadan yonmaqla da pər hazırlaya bilərsiniz. Daha yaxşı nəticə əldə etmək üçün daha çox zəhmət çəkməli olacaqsınız. İkinci üsul isə pərlərin adi alümin lövhədən hazırlanmasıdır. Siz isdədiyiniz ölçüdə və formada pəri alümin lövhənin üzərində çəkib (və ya iti uclu alətlə cızıb) sonra da onu metalkəsən qayçı və ya isgənə vasitəsilə kəsib götürə bilərsiniz. Belə olan halda sizin pəriniz daha dəqiq və simmetrik olacaq. Yaxşı olar ki, siz lövhə üzərində cızılmış və ya çəkilmiş formanı, əgər metalkəsən qayçıdan istifadə etməklə kəsirsinzsə bu forma xətlərindən 2−3 mm, isgənə ilə kəsirsinizsə 1−1,5 mm aralı kəsməlisiniz. Artıq hissələri sonradan yeyələməklə aradan qaldırmaq və lazımi dəqiq formanı almaq olar. Pərin müstəvi üzrə əyriliyini isə onu ehtiyatla dəmirçi zindanı üzərində çəkiclə döyməklə düzəltmək olar. Daha sonra isə pərin qabaqcadan təyin olunmuş mərkəzində lazımi diametirdə yuva (və hatta yiv) açmaq olar.
Bu yuvanı açmazdan pərinizin ağırlıq mərkəzinin nə dərəcədə dəqiq olduğunu onu fırlanma mərkəzində iynə üzərində tarazlıqda saxlamaqla təyin edə bilərsiniz. Pərlərin hazırlanması zamanı onların fırlanma oxunda tarazlığın alınması əsas şərtdir. Bu isə onun nə dərəcədə dəqiq və simmetrik hazırlanmasından asılıdır. Əks halda pərin firlanması titrəmə ilə müşayət olunacaq və hətta böyük fırlanma (bucaq sürətində) sürətlərində pər fırlanma oxundan boşalıb yerindənçıxa da bilər.
Bütun bu işlərdən sonra isə sizə pərin qanadlarını fırlanma müstəvisində birini digərinə nəzərən ehtiyyatla bürüb çevirmək qalır. Bu qanadın profili adi lövhə olduğundan fırlanma müstəvisinə nəzərən qanadların maillik bucağının 5−7° olması məsləhətdir. Lakin dəqiq və asan hazırlanmasına baxmayaraq lövhədən hazırlanmış pərlər kifayət qədər sürətli olmur.
Aralıq ötürücü mexanizm − bu əlavə müqavimətə və güc itkisinə səbəb olsa da əhəmiyyətli ola bilər. Çünki sizin pərləriniz nə qədər yaxşı olsa da, o çox vaxt aralıq mexaniki sürətləndiricisiz (sürət qutusu, multiplikator) 30−40 Hs tezliyi təmin edə bilmir. Ən azından küləyin sürəti buna çox vaxt imkan vermir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, böyük gücə malik olan nəhəng külək qurgularının hamısı multiplikatora − yəni aşağı fırlanma tezliyini yüksək fırlanma tezliyinə çevirən sürət qutusuna malikdir. Öz modelinizdə siz aralıq ötürücü kimi dişli çarx ötürməsindən və yaxud qayış ötürməsindən istifadə edə bilərsiniz. Öz təcrübəmdən deyə bilərəm deyə bilərəm ki kiçik külək mühərriki hazırlayanda qayış ötürməsini quraşdırmaq daha az zəhmət tələb edir və rahatdır. Lakin bu ötürmənin ömrü qısadır. Belə ki, qayış tez-tez qırılır və ya bəzən də qasnaqdan çıxa bilir. Qayış ötürməsi üçün lazım olan hər bir detalı (qasnaqlar, val, qayışı, dayaq) istənilən maqnitafonda tapa bilərsinin.
Onun artıq nə cür qüraşdırılması isə sizin öz şəxsi yaradıcılıq qabiliyyətinizdən asılıdır.
Dişli çarx ötürməsi hazırlamaq üçün sizə modulu eyni olan, biri digəri ilə uyuşan dişli çarxlar lazım gələcək. Bunun üçun bəzi dişli çarx mexanizmə malik olan cihazlardan, oyuncaq mexanizmlərindən və eləcə də saatlardan yararlanmaq olar. Şəkildə bu məqsəd üçün hazırlanmış paket multiplikator göstərilmişdir. Onun ötürmə ədədi 30-a bərabərdir. Yəni giriş valının bir tam dövründə çıxış valı 30 tam dövr etmiş olur. Dişli çarx ötürməsinin qurulması çətin ola bilər lakin bu ötürmə iş zamanı daha etibarlıdır və sizin model daha dolğun görünəcək.
Bizim külək qurğusunda digər mühüm hissə generatordur. Əlbəttə söhbət ev şəraitində hazırlanan əldəqayırma maketdən getdiyi üçün sizə çoxlu düsturlardan istifadə edib cansıxıcı riyazi hesablamalar aparmaq lazım olamayacaq. Burada sadə bir çixiş yolu var. Generator kimi işlədəcəyimiz elektrik maşını az müqavimətlə kiçik fırlanma tezliklərində alçaq gərginlikli elektrik və ya yarımkeçirici lampaların işıqlanmasını təmin etməlidir. Belə bir generatoru surətlər qutusu olmadan, sadəcə olaraq birbaşa pərə qoşmaqla da işlətmək olar. Yuxarıda elektrik maşını sözünü səbəbsiz işlətməmişdik. Əslinə qalarsa mənim bu maketlərdə quraşdırdığım “generatorlar” elektrik mühərriki kimi istifadə üçün nəzərdə tutulub. Siz bu generatorları da həmçinin hər bir maqintafonda və bəzi elektrik cihazlarında tapa bilərsiniz. Bu sabit cərəyan elektrik maşınları həm elektrik mühərriki, həm də generator kimi işləyə bilər.
Onlar məftil sarğıya malik lövbərdən və bu lövbərin ərtafında sükunətdə olan sabit maqnitlərdən ibarətdir. Bu lövbərə sabit cərəyan verildikdə (məsələn akkumlyator batareyalarından) o fırlanır və elektrik maşını elektrik mühərriki kimi işləyir.
Bizim nümunədə isə əksinə həmin lövbər kənardan pər vasitəsilə firladılır və sabit maqnitlərin təsiri ilə bu lövbərin sarğılarında elektrik cərəyanı (induksiyalanır) yaranır . (Həqiqi külək mühərriklərində isə generator kimi sinxron generatorlar tətbiq olunur).
Markasından asılı olaraq bu generaorlar 1,5V, 2V, 4,5V, 9V və 12V gərginlikli cərəyan verə bilir. Bunun üçün onun fırlanma sürəti normadan az lmamalıdır. Lakin Abşeron yarımadasında hər hansı normanı nəzərə almamaq da olar. Çünki küləyin sürəti öz işini görür. Burada kiçik bir məsləhət yerinə düşər. Yaxşı olar ki siz üzərinə 1,5−2V yazılmış elektrik maşınlarından istifadə etməyəsiniz. Ona görə ki, bu halda sizə hər hansı bir mexaniki sürətləndirici və çox vaxt sürətli külək lazım olacaq.
Əks halda siz öz əl işinizin gecələr, küləkli havalarda nə cür işıq saçdığından doyunca zövq ala bilməyəcəksiniz. Çünki bu cür alçaq gərginlikli generatorlar bir-iki yarımkeciricini sürət artırıcı ötürmə ilə belə güclə işıqlandırır.ДПМ−30Н1−05, К4А2, EG−530AD−9B, MMİ−6S9L markalı elektrik maşınları işdə daha yaxşıdır. Onları sürət artırıcı mexanizimə ehtiyac olmadan da, birbaşa pərlə əlaqələndirmək olar. Əgər belə etsəniz onda özünüz də alçaq gərginlikli elektrik lampaların və ya yarımkeçirici lampaların (xoşbəxtlikdən onlara çox yerdə, hətta əksər alışqanlarda da rast gəlinir) nə cür parlaq işıqla yandığını görəcəksiniz.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV