Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Külək mühərriki
Külək istiqamət göstərici cihaz və ya sadəcə flüger — küləyin istiqaməti barədə nəzarət sisteminə məlumat verir. O, şaquli ox ətrafında dönə bilən milşəkilli gövdədən və quyruqdan ibarətdir. Onun aşağı hissəsində, fırlanan dayaqda məlumat sensoru yerləşdirilir. Bu sensor küləyin istiqaməti haqqında nəzarət sisteminə məlumat verir və o da öz növbəsində yönəldici sistemi (çevirici mexanizmi) işə salaraq külək mühərrikinin başlığınğ küləyin istiqamətində yönəldir. Bu zaman pərin fırlanma müstəvisi küləyin sürət vektoruna perpendikulyar vəziyyətdə yerləşir. Yalnız bu halda qurğu axının enerjisindən maksimum istifadə edə bilir. Orientasiya sistemi tətbiq olunmazsa qurğu küləyin enerjisindən səmərəli şəkildə istifadə edə bilməz. Bundan başqa çəp üfürülmə aqreqatin qeyri-bərabər yüklənməsinə, dayanıqsız işləməsinə və tez sradan çıxmasına səbəb ola bilər . Çox da güclü olmayan qurğularda pərli küləktutanlar və ya külək gülü tətbiq olunur. Bu
cür cihazlarda külək mühərrikinin çevrilməsi bütünlüklə mexaniki şəkildə həyata keçirilir. Külək mühərrikinin gövdəsində quraşdırılmış nisbətən kiçik pərlər külək öz istiqamətini dəyişəndə işə düşür və külək mühərrikinin gövdəsini dişli çarxların köməyi ilə küləyə doğru yönəldir. Kiçik güclü qurğularda daha sadə orientasiya sistemindən- quyruqdan istifadə dirlər. Bəzi qurğularda isə orientasiya etmə pərin özu ilə yerinə yetrilir. Bu üsul pərin qülləarxası yerləşmə sxemlərində tətbiq olunur. Küləyin müxtəlif rejimlərində anemometr və flüger cihazlarından alınan informasiya avtomatlaşdırılmış nəzarət sisteminə verilərək analiz olunur. Əgər küləyin sürəti və istiqaməti dəyişibsə, onda sistem pərin qanadlarının hücum bucağını və gövdənin istiqamətini dəyişərək mühərriki ən əlverişli iş rejiminə kökləyəcək. O, küləyin müvafiq sürətlərində qanadların hücun bucağını dəyişməklə onları ən optimal vəziyyətdə saxlayır.
Həmin rejim üçün bu vəziyyətdə pərin küləyin enerjisindən istifadə əmsalı ən böyük olur. Pərin qanadlarının hücum bucağının dəyişməsi hər bir qanadda quraşdırılmış elektrik intiqallı mexanizimlər vasıtəsilə həyata keçirilir. Avtomatlaşdırılmış nəzarət sistemı qurğunun özundə və eləcə də kənarda quraşdırıla bilər.
İstiqamətləndirici və ya yönəldici mexanizim külək mühərrikinin işində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, külək daim sabit istiqamətdə əsmir və tez-tez öz istiqamətini dəyişir. Əgər küləyin istiqaməti düz pərin fırlanma müstəvisinə qarşı yönəlməzsə, bu zaman külək mühərriki səmərəli şəkildə işləyə bilməyəcək və küləyin enerjisindən istifadə əmsalı aşağı düşəcək. Buna görə də qurğunu daim küləyə qarşı yönəltmək tələb olunur. Bu proses istiqamətləndirici mexanizm vasitəsilə həyata keçirilir. Bu mexanizm elektrik mühərrikinin valına oturdulmuş kiçik dişli çarxdan və onu əhatə edən (daxilinə alan) böyük dişli çarxdan ibarətdir.
Bu çarxlar bir-biri ilə daxili ilişmədədir. Çevirici elektrik mühərriki külək mühərrikinin gövdəsində, boyük dişli carx isə boruşəkilli qüllənin daxilində quraşdırılır. Çevirici elektrik mühərriki küləktutan cihazın nəzarət sisteminə verdiyi informasiya əsasında avtomatik olaraq işə düşür. Külək mühərrikinin əsas hissələri ilə tanışlıqdan sonra onun iş prinspinə qısa nəzər salaq. Külək və ya hava axını pərlə qarşılıqlı təsirdə olaraq öz hərəkət enerjisini pərin fırlanmasına çevirir. Əsas vala qoşulmuş pər mültiplikatorun giriş valını fırladır. Fırlanma hərəkəti multplikatordakı dişli çarxlar vasitəsilə çıxış valına verilir. Bu zaman ötürmə sistemindəki itkiləri nəzərə almasaq güc sabit qalır, çıxış valının isə bucaq sürəti artır. Bu fırlanma hərəkəti çıxış valı vasitəsilə generatorun lövbər valına ötürülür. 1500-1800 dövr/dəq sürətilə işləyən generator elektrik cərəyanı hasil edir.
Məişətdə istifadə olunan elektrik enerjisi hasil edən külək qurğuları adətən kiçik güclü olurlar. Onların gücü modelindən asılı olaraq bir neçə yüz vattdan bir neçə kilovatta qədər olur (200−20000Vt). Bu mühərriklərın istehsal etdiyi elektrik enerjisi aşağı gərginlikli (12-24-48V) akkumulyatorlarda toplanır. Daha sonra akkumlyatorlardakı sabit cərəyan invertorların köməyi ilə yüksək gərginlikli (120, 220-360V) dəyişən cərəyana çevrilir və evlərdəki televizor, soyuducu, elektrik
lampaları və s. elektrik məişət cihazlarını işlətmək üçün sərf olunur. Şəkildə məişətdə istismar olunan külək qurğusundan alınan elektrik enerjisinin toplanması və ötürülməsinin sadə prinspial sxemi göstərilmişdir. Külək mühərrikindən batareyalarda akkumulyasiya (toplanmış) edilmiş elektrik enerjisi invertorda çevrildikdən sonra evdəki işlədicilərə verilir. Batareyaların enerji ilə təchiz etmə müddəti (boşalması) onların amper saatından (A·saat), yəni tutumundan asılıdır. Şəbəkədən gələn gərginlik kəsildikdə batareyalardakı elektrik enerjisi istifadə olunur. Şəbəkədə gərginlik bərpa olunduqda batareyalardan gələn cərəyan dayandırılır və boşalmış batareyalar küləkli havalarda yenidən yüklənir. Nəhəng külək mühərriklərdən ibarət külək elektrik stansiyaların işi isə bir qədər fərqlidir. Külək mühərrikində hasil olunan elektrik enerjisi transformasiya olunur və yarımstansiyaya ötürülərək yüksək gərginlikli şəbəkəyə verilir. Bu zaman külək elektrik stansiyasının hasil etdiyi cərəyanin parametrləri (tezlik, gərginlik və s.) onunla bir xəttə qoşulmuş digər elektrik stansiyasının cərəyanının parametrləri ilə eyni olmalıdır. Küləyin sürəti və gücü düsdükdə külək qurğusunda hasil olunan cərəyanın qiyməti və göstəricləri dəyişir. Külək stansiyasının və digər elektrik stansiyalarının (məsələn istilik elektrik stansiyasının) yüksək gərginlikli şəbəkəyə verdiyi cəryanın sinxronluğu xüsusi mürəkkəb elektrik avadanlıqları vasitəsilə həyata keçirilir. Bununla da külək elektrik stansiyasıının hasil etdiyi gərginlik daim şəbəkədəki digər stansiyaların gərginliyi ilə eyni gostəricilərə malik olur. Külək mühərrikləri açıq ərazilərdə, yüksəkliklərdə, dənizdə, və başqa küləkli ərazilərdə quraşdırılır. Təpəşəkilli releyfə malik yerlərdə külək qurğularını quraşdıran zaman mümkun qədər onların zirvəyə yaxın yerlərdə və zirvədə yerləşdirilməsinə çalışırlar. Çunki külək bu cür yerlərdə heç bir maneəyə rast
gəlmədiyi üçün daha sürətli və rəvan axınla axır. Təpədən sonra isə külək əvvəlki sürətini və rəvan axınını itirir. Buna səbəb təpənin küləyın axınına mane olmasıdır.  Nəticədə təpədən arxada külək burulğanlı (turbolent) axına çevrilir ki, bu da küləkmühərriklərinin səmərəli işləməsi üçün əlverişli deyil. Buna görə də onların ərazidə yerləşməsi və həmçinin bir-birindən olan məsafələri də nəzarə alınır. Külək pərlə təmasda olduqdan sonra bir qədər öz gücünü itirir və qismən burulğanlı axına çevrilir. Buna gorə də külək qurğularinin səmərəli işləməsi üçün onların arasındakı məsafə və yerləşmə mövqeyi nəzərə alınmalıdır. Mühərriklə təmasda olan külək müəyyən məsafədən sonra öz gücünü və sürətini bərpa edərək rəvan axın halında əsir.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV