Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Külək mühərriki
Multiplikator isə giriş valında pərin kiçik fırlanma sürətini çıxış valında böyük fırlanma sürətinə çevirir, lakin təxminən həmin nisbətdə burucu momenti azaldır. Külək qürğusunda onlar adətən generatorları işlətmək üçün tətbiq olunur. Çünki generatorlar üçün yüksək fırlanma tezliyi tələb olunur. Bütün elektrik enerjisi istehsal edən nəhəng və güclü külək qurğuları multiplikatorlarla təchiz olunub. Multiplikator əsas valın 30−60 dövr/dəq sürətini çıxış valında təxminən 1000−1800 dövr/dəq sürətinə çatdırmağa imkan verir.
Külək qurğularında bu cür mexanizimlərin istifadəsi qeyd etdiyimiz kimi əlavə güc itkisinə səbəb olur. Mexanizmin dişli çarxlarındakı, yastıqlardakı sürtünmə, sürət artımı əldə etmək üçün tətbiq olunan pillələr sayı— bütün bunların hamısı əlavə zərərli müqavimət qüvvələrinin yaranmasına, material sərfinə, qurğunun konstruksiyasına təsir göstərir. Buna görə də müasir dövrdə çalışırlar ki, yuxarıda sadalanan çatışmazlıqları aradan qaldırmaq üçün mexanizimlərin, onların detallarının
hazırlanmasında yeni texnologiyalardan, daha səmərəli və modern konstruksiyalardan istifadə olunsun. Bütün bu tədbirlərin hamısı maşının üzunömürlülüynü, etibarlılığını, konstruksiyasının sadəliyini və yüksək faydalı iş əmsalını artırmağa yönəlib. Əyləc muftası multiplikatorla generator arasında, çıxış valında quraşdırılır. Bu muftanın vəzifəsi fövqəladə hallarda, külək mühərrikinin təmiri zamanı eləcə də küləyin sürəti artan zaman dövrlər sayı təhlükəli həddə çatdıqda külək mühərrikinin işini dayandırmaqdır. Bu mufta mexaniki, elektrik və hidravlik üsullarla idarə oluna bilir.
Çıxış valı multplikatorla generatoru əlaqələndirir. O, əsas valın ötürduyu qədər böyuk burucu moment ötürmur. Buna görə də onun diametri əsas valın diametrindən kiçikdir. Lakin bu val əsas valdan fərqli olaraq yüksək fırlanma bucaq sürətinə malikdir. Onun sürəti 1500-1800 dövr/dəq qədər təşkil edir.
Buna görə də ona çox vaxt yüksək sürətli val da deyirlər.İşçi maşın kimi generator, su nasosu, kompressor və s. istifadə oluna bilər. Bu külək mühərrikinin təyinatından asılıdır. Burada elektrik enerjisi istehsal edən külək mühərrikindən bəhs olunur. Külək mühərriklərində istismar olunan generatorların gücü külək mühərrikinin gücündən asılı olub, bir neçə yüz vattdan meqavatta qədər dəyişir. Onları hasil etdikləri cərəyana görə iki yerə ayırmaq olar.
1.Sabit cərəyan generatorları.
2.Dəyişən cərəyan generatorları (Sinxron, asinxiron generator).
Sabit cərəyan generatorları adətən kiçik güclü, məişət üçün nəzərdə tutulmuş külək mühərriklərində istifadə olunur. Gücü bir neçə yüz kilovatt və daha çox olan külək qurğularında isə dəyişən generatorları və ya sinxron generatorlar tətbiq olunur.
Külək mühərriklərində generatorlar işləyərkən onun sarğıları qızmaya məruz qalır. Əgər yaranan bu temperatur artımına qarşı hər hansı bir tədbir görülməzsə, onda generatorun naqlillərinin qızma nəticəsində izolyasiyası yanar və qısaqapanma generatoru sıradan çıxarar. Buna görə də nəhəng və güclü külək mühərriklərində soyutma sistemi də (radiator) nəzərdə tutulur. Lakin külək mühərriklərində təkcə generator deyil həm də dişli çarx ötürməsi də iş zamanı qızmaya məruz qalır. Bu məqsədlə də böyük multiplikatorları da soyutmaq üçün onlarda da radiator quraşdırılır. Şəkildə külək mühərrikinin belə bir multplikatoru və onun üzərində quraşdırılmış soyuducu radiator təsvir olunub. Bütün qanadlı külək mühərrikləri qüllə ilə təchiz olunmuşdur. Qüllənin vəzifəsi külək aqreqatının başlığını öz üzərində saxlamaqdır. Başlıq qüllə üzərində onun oxu ətrafında istənilən istiqamətdə dönmək qabiliyyətinə malikdir. Bu başlığın orientasiya etməsinə imkan verir. Qüllələrin hündürlüyü külək mühərriyinin gücünə və onun istismar olunduğu ətraf mühütün coğrafi releyfinə görə müəyyən olunur. Qüllənin hündürlüyü artdıqca külək mühərriyinin işçi saatlarının sayının artması da təmin olunur. Çünki yüksəkliyə qalxdıqca orada küləklərin sürəti və əsmə sürəkliliyi (davamiyyəti) daha çox olur. Qüllələr konstruksiyasına görə yığma karkaslı və boruşəkilli olurlar. Karkaslı qüllələr adətən küləkyin hərəkəti üçün maneə törədir belə ki, mürəkkəb konstruksiya havada burulğanların yaranmasına səbəb olur. Boruşəkilli konstruksiyalara daha çox üstünlük verilir.
Burada qüllə bir-birilə yalnız şaquli istiqamətdə əlaqələndirilmiş flanslı borulardan ibarətdir. Qüllənin dayanıqlılığını artırmaq üçün yer və qüllə ilə əlaqələndirilmiş tros dartqılardan da istifadə oluna bilər. Boruşəkilli qüllə hava axınında turbolentlik yaratmır. Onlar pərin qülləarxası yerləşmə üsulunda daha əlverişlidir.
Kiçik külək mühərriklərindən fərqli olaraq böyuk güclü külək mühərrikləri üçün daha mürəkkəb və bahalı köməkçı avadanlıqlar nəzərdə tutulmuşdur. Onlar külək mühərrikinin işinə nəzarət edir və baş verə bilən qəza hallarının qarşısını almaq üçün nəzərdə tutulub. Həmin cihazlarla daha yaxından tanış olaq.
Anemometr və külək istiqamət göstərici cihaz (flüger) − bu cihazlar küləyin parametrlərinə nəzarət etmək üçündür. Anemometr küləyin sürətini ölçmək üçündür. O, küləyin sürəti tələb olunan minimal həddə çatdıqda bu barədə avtomatik nəzarət
(controller) sisteminə məlumat verir və sistem işə düşür. Küləyin sürətini bilmək vacibdir. Çünki küləyin sürəti hər an dəyişə və külək mühərriki üçün təhlükəli həddə çata bilər. Adətən əksər aqreqatlar üçün küləyin sürəti 25m/san -dən çox
olduqda anemometr bu barədə nəzarət sisteminə məlumat verir və mühərrikin işi avtomatik olaraq dayanır. Küləyin sürəti təhlükəsiz həddə endikdə yenidən anemometr sistemə məlumat verir və pər qanadlarının hücum bucağı işəsalma vəziyyətinə köklənərək yenidən mühərrik işə düşür. Pər qanadlarının hücum bucaqlarının tənzimlənməsi iki üsulla həyata keçirilir. Pər qanadlarının top yuvasında çevrilməsilə və pərin özünün bütünlükdə küləyin təsir xəttindən çıxarılmasıyla. Birinci üsul adətən qanadlar sayı 2 və ya 3 olan sürətli pərlərdə həyata keçirilir. Proses aerodinamiki, mexaniki və elektrik inteqallarından istifadə üsulları ilə yerinə yetrilir. Bu qurğunun gücündən və təyinatından asılı olur. İkinci üsul isə yavaşsürətli pərləri olan nasoslu külək aqreqatlarında tətbiq olunur. Pərin küləyin təsir xəttindən çıxarılması pərin fırlanma oxu ilə başlığın dönmə oxunun eksentristetliyi ilə və ya aqreqatın başlığına pərkidilmiş yan plan vasitəsilə icra olunur. Hər iki üsulda qurğu əvvəlki vəziyyətinə tənzimləyici yaylarla gətirilir.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV