Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Müəllifdən.

      Salamov Əlisgəndər Akif oğlu 1983-cü ildə Xırdalan şəhərində anadan olmuşdur. 2000-ci ildə Xırdalan şəhər 4 saylı orta məktəbi bitirmiş, 2001-ci ildə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat” fakültəsinə daxil olmuşdur. 2005-ci ildə AzTU-nu “Lokomotiv və Vaqon təsərrüfatı” ixtisası üzrə bitirmişdir və magistratura pilləsində təhsilini davam etdirmişdir. 2007-ci ildə magistraturanı “Lokomotivlər və lokomotiv təsərrüfatı” ixtisası üzrə bitirmişdir. 2006/2007-ci illərdə AzTU-nun “Dəmiryol nəqliyyatının istismarı” kafedrasında laborant kimi çalışmışdır. 2007-ci ildə Azərbaycan Texniki Universitetinin “Maşın Detalları və YQNM” kafedrasında “Maşınşunaslıq, maşın hissələri və ötürmə sistemləri” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Hal-hazırda aspiranturada təhsil alır.
      Saytın adının nə dərəcədə düzgün seçildiyini oxucularımızın öz ixtiyarına buraxırıq. Lakin bizim fikrimizcə “qlobal” sözünün mənası “bütün, ümumbəşəri” olduğundan və “bütün dünyanı əhatə edən, bürüyən” anlamını verdiyindən saytın adının da məhz "qlobalenerji.az" adlandırılmasını daha münasib bildik. Çünki ən azından haqqında bəhs olunan enerji mənbələri məsələn günəşin, küləyin enerjisi qlobal xarakterli olub bütün dünyanı, yer kürəsini əhatə edir. Qeyd etmişdik ki, saytın yaradılmasında məqsəd bu gün dünyamızda energi böhranı səbəbilə meydana çıxan bəzi qlobal problemlərin həlli yollarını araşdırmaq, həmçinin ekoloji və enerji böhranı fonunda bərpaoluna bilən alternativ enerji mənbələrindən istifadənin zəruriliyini, faydasını göstərmək, vətəndaşlarımızı bu yöndə məlumatlandırmaq və bu mənbələrdən istifadənin zəruriliyini təbliğ etməkdir. Hal-hazırda bütün dünyada və xüsusilə də inkşaf etmiş qərb dövlətlərində bu sahədə geniş miqyaslı işlər görülür, böyük elmi-tədqiqat işləri və layihələr həyata keçirilir. İnsanları məlumatlandirmaq üçün alternativ energetika haqqında yüzlərlə xarici ədəbiyyatlar, dərsliklər və s. mövcutdur. Bundan başqa alternativ enerji mənbələri haqqında 7-dən 77-yə qədər hamı üçün nəzərdə tutulmuş, elmi, elmi-əyləncəli, kommersiya və imformasiya xarakterli əcnəbi (rus, ing, amerika və .s) saytlar mövcutdur ki, maraqlanan hər bir kəs bunlardan faydalanır. Bunları nəzərə alaraq belə bir saytın öz doğma dilimizdə də olmasını arzulayaraq onun işlənib hazırlanmması qərarına gəldik. Saytdakı materialların bir qismi elmi materiallar olsa da burada rəngarəngliyi təmin etmək üçün imformasiya və qismən də həvəskarlar üçün maraqlı, əyləncəli ola biləcək mövzular da mövcutdur.
      Elmi yazıların demək olar ki, hamısında müxtəlif ədəbiyyatlardan istifadə olunub. Burada mövzu ilə əlaqədar bəzən müəllifin fikir və xatirələrindən də müəyyən qeydlər aparılıb. Bu saytı həmçinin əgər belə demək mümkünsə bizim virtual kiçik “elmi-tədqiqat büro”muz da adlandırmaq olar. Gələcəkdə saytda informasiya və dizayn baxımından yeni-yeni əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. TƏŞƏKKÜRLƏR:

      Öz dəyərli fikir və təklifləri üçün Azərbaycan Texniki Universitetinin “Maşın Detalları və YQNM” kafedrasının müdiri, çox hörmətli professor, t.e.d. A.H. Abdullayevə, həmin kafedranın baş müəllimi, t.e.n H.İ. Mirzəyevə, Azərbaycan Elmi Tədqiqat və Lahiyə axtarış Energetika İnstitunun əməkdaşı xanım t.e.d L.H. Həsənovaya, AMEA-nın Radiasiya Problemləri İnstitunun əməkdaşı f.r.e.d., professor R.M. Səlimova və t.e.d., professor P. F. Rzayevə, f.r.e.n., dosent O.M. Salamova, Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının müdiri f.r.e.d., professor C.M. Quluzadəyə, konstruksiyanın hazırlanmasında göstəriyi köməyə və dəyərli məsləhətlərınə görə AzTU-nun “Maşın Detalları və YQNM” kafedrasının tədris ustası, peşəkar mühəndis V. İsmayılzadəyə, və həmin kafedranın adını çəkmədiyim bütün əməkdaşlarına təşəkkürlərimi ifadə etməyi özümə borc bilirəm. Xüsusi təşəkkürlər saytın proqram təminatının və dizaynının işlənib hazırlanmasına görə peşəkar veb-dizayner və mənim çox hörmətli dostum Əhmədov Vaqifə.
Öz fikirlərinizi, irad və təkliflərinizi bizə bu ünvana göndərə bilərsiniz: admin@qlobalenerji.az və ya qlobalenerji@qlobalenerji.az Əlaqə nömrəsi: (012) 439-12-25, (055) 630-77-14
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV