Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Ön söz


      Demək olar ki, hər gün televiziya, radio və digər informasiya vasitələrində “Qlobal problemlər” anlayışı ilə rastlaşırıq. Qlobal problemlər o problemlərə deyilir ki, onlar təkcə bir və ya bir neçə dövləti və ya xalqı deyil, bütün bəşəriyyəti narahat edir. Qlobal problemlər təbii və ya süni şəkildə meydana çıxa bilər. Lakin onların çoxu süni şəkildə insan cəmiyyətinin inkşafı, insanların fəaliyyətinin təbiətə təsiri şəkilində meydana çıxır. Qlobal problemlər coxdur. Lakin bu saytda biz onlardan aşağıdakılara, xüsusən də “Energetika probleminə” diqqət yetirəcəyik və bu qlobal energetika problemi fonunda yeri gəldikcə digər aşağıda adları çəkilən qlobal problemlərə baxacağıq və onların həll edilmə yollarını araşdıracağıq. Əsas qlobal problemlər bunlardır:
1. Nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması, planetdə sülhün və əminamanlığın bərqərar olması;
2. Ekoloji fəlakətin qarşısının alınması;
3.Energetika böhranının aradan qaldırılması;

      Qədim və orta əsrlərdən fərqli olaraq “Kosmos əsri”, “Kompüter əsri”, “Atom əsri” və s. kimi adlandırılan müasir dövrümüzdə mövcud olan və daim inkşaf edən insan cəmiyyəti öz inkşafını və rahatlığını Elmi texnologiyanın, Elmi Texniki Tərəqqinin (ETT) hesabına əldə edir. Bunlar isə öz mövcutluğunu təkcə insanların zehni və fiziki əmək fəaliyyəti üzərində deyil həm də energetika üzərində qurub və bunsuz ETT və onun insanlara faydası mümkünsüzdür.
Yəqin ki, evinizə gələn mavi yanacağın, elektrik enerjisinin bircə gün kəsilməsi sizin işlərinizdə zaman və bəzən də cibinizə bu kommunal xidmətə görə verdiyiniz vergini nəzərə almasaq mənfəət baxımından nə qədər zərərlidir. Buna bizim keçirdiyimiz narahatlığı da əlavə etsək mənzərə daha aydın görünər. İndi isə təsəvvür edin ki, bir neçə böyük rayonu və yaxud şəhəri elektrik enerjisiylə təmin edən elektrik stansiyası fərz edək ki, yanacaq qıtlığı səbəbindən öz fəaliyyətini qismən və ya tam dayandırıb. Bunun ölkə miqyasında nə qədər narahatedici olduğunu və nə qədər iqtisadi zərərlə nəticələnəcəyini, yəqin ki, hər bir kəs təsəvvür edə bilər.Demək olar ki, hamımızın rastlaşa biləcəyimiz bu hadisələri sadə misallar şəklində çəkməklə energetikasız bu günkü günümüzün əslində nə cür ola biləcəyi aydın təsəvvür olunur. Elektriksiz bizim televizor, kompüter, radio və s. elektrik məişət cihazları lazımsız bir əşyadır. Mavi yanacaqsız bizim evlərimizdəki qaz sobaları, qaz qızdırıcıları lazımsız metal yığınından başqa bir şey deyil.

      Bugünkü elmin, texnologiyanın və quruluşun nə olduğunu bilməyən orta əsrlər insanına elektrik enerjisi, neft və qaz lazım deyildi. O, bunlarsız da öz sadə və cox da rahat olmayan həyatını sürürdü. Lakin bugüunkü dünyada, bugünkü cəmiyyətdə bunların olmaması həyatın iflic olması, inkşafın geriləməsi, narahatlıq və hətta xaos deməkdir. Bəşəriyyətin bu gün də olmasa, sabah bu kimi problemlə üzləşməsi qaçılmazdır. Energetika böhranı bütün dünya miqyasında qısa müddətdə baş verib uzunmüddətli davam edəcəyi təqdirdə onun bütünlükdə insan cəmiyyətinə vuracağı böyük maddı və mənəvi zərərin nəticələrini aradan qaldırmaq çətin olacaq.
      Dünya miqyasında enerjiyə olan təlabatın sürətlə artması, buna uyğun olaraq neft, qaz, daş kömür və digər təbii ehtiyatların sürətlə azalması qeyd olunan problemlərə doğru bizi günbə-gün daha da yaxınlaşdırır. Buna görə də vaxt və imkan var ikən bütün dünya dövlətləri, bütün dünyanın aparıcı qüvvələri əl-ələ verib Energetika probleminin birgə həlli yolunda birləşməlidir. Yalnız bu halda biz, bizi gözləyən enerji böhranından və onun törədəcəyi digər fəsadlardan xilas ola bilərik.
Yer

      Hörmətli vətəndaş! Sən təkcə bu ölkənin vətəndaşı deyilsən! Sən eyni zamanda bu dünyanın övladısan! Əgər biz kosmosdan bu böyük görünən kiçik dünyamıza – “Yer” planetinə tamaşa etsək oradan dövlətləri ayıran sərhədləri görməyəcəyik. Biz oradan bütün dünyanı görəcəyik, hər birimizin evi olan “Mavi Planeti” və bu vaxt yəqin ki, bir anlığa da olsa hər bir kəs Allahın yaratdığı bu gözəllik və incəlik qarşısında hansı millətə, irqə və dövlətə aid olduğunu unudacaq və özünü bu dünyanın sakini kimi hiss edəcək. Bu an ona sonsuz kainatda Allahın yaratdıqlarından yalnız və yalnız bu kiçik mavi planet doğma görünəcək və onun qəlbi geriyə – “Evə” dönmək eşqi ilə döyünəcək.
           Saytın yaradılmasında məqsəd bəşəriyyətin bu gün yaşadığı və üzləşdiyi qlobal problemləri və onların həlli yollarını göstərmək, cəmiyyətmizi bu yöndə məlumatlandırmaq, eləcə də baş verən ekoloji və enerji böhranı fonunda ekoloji cəhətdən təmiz və bərpa olunabilən alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadəni təbliğ etməkdir.
Sayt geniş auditoriya üçün nəzərdə tutulmuşdur.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV