Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Küləyin gücü

      Külək hava axını olub, günəşin istilik enerjisinin təsirinin nəticəsidir. O, atmosferin günəş tərəfindən qeyri-bərabər qızması nəticəsində meydana çıxır. Burada yer kürəsinin relyefi və onun öz oxu ətrafında fırlanması da xüsusi əhəmiyyət kəsb edir. Atmosferin qeyri-bərabər qızması nəticəsində yer səthində atmosfer təzyiqinin qeyri-bərabər paylanması, yəni yüksək və alçaq təzyiq sahələrinin mövcud olması, hava kütlələrinin daim yerdəyişməsinə — yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru üfüqi istiqamətdə hərəkət etməsinə səbəb olur. Buna görə də küləyə aşağıdakı kimi tərif vermək olar:
             Atmosfer təzyiqləri fərqi nəticəsində hava kütlələrinin üfüqi istiqamətdə yerdəyişməsinə külək deyilir.
Külək istiqaməti, sürəti və gücü ilə xarakterizə olunur. Küləyin istiqaməti dedikdə, onun hansı istiqamətdən əsdiyi başa düşülür. Yəni, əgər külək şimal-qərbdən əsirsə, ona şimal-qərb küləyi, cənubdan əsirsə, cənub küləyi deyilir. Küləyin istiqaməti üfüqün cəhətləri ilə 8 əsas və 8 əlavə cəhətlərlə göstərilir. Əsas cəhətləri bunlardır; şimal, şimal-şərq, şərq, cənub-şərq, cənub, cənub-qərb, qərb, şimal-qərb. Yer səthində küləyin hərəkət marşurutu yerin relyefindən çox asılıdır. Belə ki, yüksək dağlıq ərazilər, mürəkkəb relyefə malik sahələr küləyin hərəkətinə maneə törədir və yaxud onun istiqamətlənməsi üçün sanki koridor rolunu oynayır.
      Küləyin sürəti havanın 1 saniyədə üfüqi istiqamətdə metrlərlə qət etdiyi məsafəyə deyilir. Küləyin sürəti metr/saniyə (m/san), kilometr/saat (km/saat), və ya balla göstərilir (1 bal təxminən 2 m/san-yə bərabərdir). Küləyin sürəti üfüqi istiqamətdə atmosferdəki təzyiqlər fərqindən asılıdır. Bu fərq artdıqca, sürət də coxalır.
       Küləyin gücü onun istiqamətinə perpendikulyar qoyulmuş və sahəsi 1 m2 olan səthə göstərdiyi təsiri ilə təyin edilir. Küləyin gücünü aşağıdakı düsturla təyin etmək olar:

burada
       P –Küləyin gücü, Vt;
       ρ – hava axınının sıxlığı, kq/m3;
       S – axının əhatə sahəsi və ya tətbiq olunduğu sahə m2;
       v – küləyin sürətidir, m/san.
Bu ifadəyə əsasən küləyin 1 m2 səthə olan təsirini hesablaya bilərik. İfadədən göründüyü kimi küləyin gücü onun sürətinin üçüncü dərəcəsi (kubu) ilə mütənasibdir. Ona görə də küləyin sürəti artdıqca, onun dağıdıcı gücü daha çox artır.

Şəkildə küləyin gücünün onun sürətindən asılılıq diaqramı təsvir olunmuşdur. Küləyin enerjisindən insanlar ən qədim zamanlardan bəri istifadə etmişlər. Lakin bəzən külək zərərli dağıdıcı təsirlər də göstərir.
       Lakin bunlara baxmayaraq küləyin faydası daha böyükdür. Külək yağışın yağmasında əhəmiyyətli rol oynayır. Bunu elm yaxın vaxtlarda müəyyən etsə də, bu barədə müqəddəs kitabımız olan Quranda hələ 14 əsr əvvəl məlumat verilmişdir. “Küləkləri göndərən, küləklərlə buludları həyəcana gətirən, buludları göy üzünə istədiyi kimi yayan Allahdır. Görürsən buludların içindən necə süzülür yağış. Bəndələrindən dilədiyi kimsəyə göndərər bu yağışı, sevindirər onları” Qurani Kərim “Rum” 30/48. (ətraflı məlumat üçün bax səh 78. Harun Yahya. Quran möcüzələri). İnsanlar küləyin enerjisindən qədim zamanlardan bəri yelkənli qayıq və gəmiləri hərəkət etdirmək, kənd təsərrüfatında suvarma işlərində, yel dəyirmanlarında istifadə etmişlər. Hazırda da küləyin enerjisindən istifadə səmərəli sayılır. Elə bu məqsədlə də külək elektrik stansiyaları qurulur və uğurla istifadə olunur. Bu proses yer kürəsində neft-qaz kimi yanacaq növlərinin tükənməsi ilə daha geniş vüsət alacaqdır. Bu enerji ən ucuz və ekoloji cəhətdən təmiz, bərpaolunabilən enerji növüdür.
       Bundan başqa külək digər təbii proseslərin getməsində də əhəmiyyətli rol oynayır. Külək böyük şəhərlərdə və sənaye şəhərlərində zərərli qaz və toz qarışığı olan çirkli hava kütlələrini qovmaqla təmiz hava kütlələrinin axınına yaşıl işıq yandırır. Məsələn, xəzri və gilavar küləkləri respublikamızın Bakı və Sumqayıt şəhərlərinin çirkli havasını təzələməkdə mühüm rol oynayır.
       İnsanlar tərəfindən vaxtında və düzgün qəbul edilmiş qərarlar və əvvəlcədən görülmüş təhlükəsizlik tədbirləri küləyin vura biləcəyi zərərlərdən qorunmağa və bu kimi təbii fəlakətləri az zərərlə dəf etməyə imkan verə bilər.

Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV