Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Külək qurğuları
      Külək mühərriki– fikir vermişəm ki, bu adı eşidərkən insanların bir qismi əvvəlcə onun nə olması haqqında sanki ani də olsa fikirləşirlər, bəziləri isə onun nə oldğunu soruşur. Yəqin siz də təccüblənəcəksiz. Axı bizim qulaqlarımız ən çox elektrik mühərriki, daxiliyanma mühərriki (dizel və ya benzin mühərriki) kimi mühərrik adlarını eşidib. Əgər “külək mühərriki” əvəzinə “yel dəyirmanı” sözünü işlətsəydim söhbətin nədən getdiyini daha yaxşı başa düşərdilər. Lakın “dəyirman” təkcə dəyirman daşlarını hərəkətə gətirib dənli bitkiləri üyüdmək üçündür. Bundan başqa təkcə yel dəyirmanları deyil, hə də su çarxı ilı işləyən, elektrik mühərrikləri ilə işləyən dəyirmanlar da mövcutdur. “Külək mühərriki” ifadəsi səhv deyil və onun rusca “Ветродвигатель”, ingiliscə isə “Wind turbine” qarşılığı var. Ona külək turbini də deyə bilərik, amma bu ifadə başqa konstruksiyaya aid edilməlidir.
      Ümumiyyətlə külək mühərrikinə belə bir tərif versək yanılmarıq– Küləyin (hava axınının) enerjisini fırlanan valın mexaniki işinə çevirən maşınlara külək mühərriki deyilir. Külək mühərrikinin ən əsas hissəsi onun pəri və ya külək çarxıdır.
Pərin fırlanma oxunun yerləşmə üsuluna görə külək mühərrikləri iki yerə bölünür.
1) Şaquli fırlanma oxlu
2) Üfüqi fırlanma oxlu külək mühərrikləri.
Pərlərin quruluşuna və ya iş prinsipinə görə isə külək mühərrikləri üç yerə bölünür.
1) Baraban tipli
2) Rotor tipli
3) Qanadlı külək mühərrikləri.

       Bu mühərriklərin hər birinin digərinə nəzərən üstün və çatışmayan cəhətləri var. Onalrın konstruksiyalarını araşdıraq.
Baraban tipli külək mühərriki saquli oxa oturdulmuş su çarxını xatırladan külək çarxından ibarətdir. Bu külək çarxının yarı hissəsi örtüklə örtülür, digər yarısı isə açıq olur. Deməli, külək çarxın açıq qalan hissəsinə təsir göstərir və nəticədə küləyin təzyiq qüvvəsi qanadlar vasitəsilə bu külək çarxının qollarına təsir göstərərək çarxın valında fırladıcı moment yaradır. Örtülü qalan hissəyə isə külək təsir göstərə bilmir. Buna görə də külək çarxının yarı tərəflərində təzyiqlər fərqi yaranır və çarx qüvvələr fərqinə müvafiq istiqamətdə fırlanır

       (Ümumiyyətlə elektrik mühərriklərindən başqa bizə məlum olan bir çox mühərriklərin işi təzyiqlər fərqinin yaranmasına əsaslanır). Külək istiqamətini dəyişdikdə yönəldici quyruqla əlaqələndirilmiş örtük çevrilir və beləliklə küləyin əsdiyi bütün müddətlərdə çarxın bir yarısı küləyin təsirinə məruz qalır, digər yarısı isə daim örtülü vəziyyətdə olur. Örtük və külək çarxı eyni birmərkəz ətrafında bir-birindən asılı olmadan dönmək imkanına malikdir. Əks halda qurğu işləyə bilməzdi. Bu cür mühərriklər köhnə konstruksiyalı mühərriklərə aid edilir, yavaş sürətli mühərriklər sayılır. Onlarda küləyin enerjisindən istifadə əmsalı (KEİƏ) kiçikdir. Bu çatışmayan cəhətlərinə görə onlardan geniş istifadə olunmur. Onlar adətən küləyin sürəti 3 km/saat-dan aşagı olan hallar üçün (Z <2) qurulur. (Qeyd: texniki terminlər və anlayışlar üçün bax. Külək mühərriki necə işləyir). Rotor tipli mühərrik: Bu mühərrikin də iş prinsipi baraban tipli mühərriyin iş prinsipinə oxşardır. Baraban tipli mühərrikin çatışmayan cəhətləri ona da aid edilə bilər. Lakin bu mühərrikin üstün cəhəti ondadır ki, onun yönəldici qurğuya ehtiyacı yoxdur və bu mühərrik külək istənilən istiqamətdə əsdikdə işləyə bilir. Onlara Windside firmasının istehsalı olan WS–0.30C, WS–0.30A, WS–4C, WS–4A markalı külək qurğularını misal göstərmək olar.
      Hazırda ən çox yayılmış külək mühərrikləri qanadlı külək mühərrikləridir. Bu külək mühərriklərinin çoxqanadlı–yavaş sürətli və qanadlar sayı az olan yüksək sürətli kimi növləri var. Gücü bir neçə yüz vattdan meqavata qədər olan müxtəlif konstruksiyaları mövcutdur.Çoxqanadlı külək mühərrikləri küləyin enerjisindən yüksək istifadə əmsalına malikdir, lakin onlar yavaş sürətlidir, kənd təsərrüfatında yel dəyirmanlarında tətbiq olunur. Çoxqanadlı külək mühərriklərində pərin qanadlarının sayının çox olmasına görə bu cür pərlər işəsalma zamanı valda böyük fırladıcı moment yaradır. Çoxqanadlı külək qurğuları həm də su tutumlarına su vurmaqdan ötrü kənd təsərrfatında istifadə edilir.
       Qanadların sayı az olan külək mühərrikləri yüksək sürətli külək mühərrikləridir, onlarda qanadlar sayı adətn 2 və ya 3 ədəd olur. Bu muhərriklər ən çox elektrik generatorlarını işlətmək üçün tətbiq olunur. Dəyirmanla və ya su nasosu ilə müqayisədə generatorlar üçün daha yüksək fırlanma sürəti (25Hz, 50Hz və ya 1500-3000 dövr/dəq) tələb olunur.Qanadlı külək qurğularında pər üfüqi ox ətrafında fırlanır. Bu qurğular üçün küləyə doğru yönəldən istiqamətləndirici (quyruq, külək gülü, çevirici mexanizim və s.) tələb olunur. Kiçik ölçülü və yüngül çəkili külək mühərriklərində bu proses quyruq vasitəsilə həyata keçirilir. Nəhəng külək qurğularını axına doğru yönəltməkdən ötrü isə xüsusi avtomatlaşdırılmış tənzimləyici sistem tətbiq olunur. Bu proses mexaniki və ya
elektromexaniki üsullarla yerinə yetirilir. Üfüqi fırlanma oxlu külək pərlərinin və mühərriklərinin aşağıdakı növlərini qeyd edə bilərik: yüksəksürətli pər, çoxqanadlı alçaqsürətli pər, iki qarşılıqlı fırlanan pər, Filletner, yelkənli külək maşını, üzüklü generator, pinevmatik və ya Andro mühərriyi, multplikator, aeromultplikator, turbin tipli.
Pərin qüllənin arxa və ön hissəsində yerləşməsi üsuluna görə küləyə qarşı və qülləarxası yerləşmə üsulları mövcutdur.
Şaquli fırlanma oxlu külək mühərrikləri: Darye, H-Darye, Savonius və s.
Bu mühərriklər haqqında əlavə məlumat üçün bax Məqalələr

Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV