Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Dünya necə çirklənir...

      Dünya necə çirklənir? Bu suala yəqin ki, hər kəs bir cür cavab verəcək. Əslində bu sualın cavabı heç də sadə və konkret deyil. Elə isə ona cavab verməyə çalışaq. Dünyanın çirklənməsi dedikdə ilk öncə hər birimizin təsəvvürünə onun ekoloji durumu gəlir. Qeyd etmişdik ki, müasir dövrdə dünya qlobal problemlərlə əhatə olunub. Onlar bu və ya digər dərəcədə bir-biri ilə əlaqədədir və biri sanki digərini doğurur. Bu problemlərin meydana çixmasında insan fəaliyyəti mühüm rol oynayır. İnsan əmək alətləri istehsal edərək təbiətdən öz yaşayışı üçün lazım olan məhsulları əldə etməyə çalışmaqla insanlıq tarixində inkşafa doğru böyük bir irəliləyiş etmiş oldu. Nəticədə insan öz əməyi və şüuru ilə təkcə özünü dəyişmədi, o həm də təbiətdə də mühüm dəyişikliklərə səbəb oldu. İnsan təbiətlə qarşılıqlı təsirdə olaraq ondan istifadə edir və onu öz mənafeyinə uyğun dəyişdirməyə çalışır. Lakin bu təsir çox vaxt nəticəsiz qalmır. İnsanın axıra qədər düşünülməmiş istehsal fəaliyyəti və çox vaxt təbiətlə amansız davranışı mənfi nəticələrə səbəb olur.

       Ətraf mühütün vəziyyəti iki başlıca amildən asılıdır. Bunlardan biri təbiətdə tez-tez baş verən kortəbii proseslər, digəri isə insanların istehsal fəaliyyətidir.
XIX əsirdən sürətlə inkşaf edən sənaye istehsalı artıq XX əsrin ortalarından başlayaraq ətraf mühütdə insan və biosfer üçün çox təhlükəli olan bir sıra dəyişikliklər yaratmağa başlamışdır. Elmi-texniki tərəqqi (ETT) əsrində isə vəziyyət xüsusilə kəskinləşmişdir.
      Aydındır ki, biz təbiətdən istifadə etmədən yaşaya bilmərik. Ondan müxtəlif cür istifadə etmək olar.
Belə ki, təbiətdən düşünülməmüş şəkildə istifadə onu faydasız, cansız, insana qarşı yönəlmiş bir mühitə çevirə bildiyi halda, ondan düzgün istifadə bütünlükdə canlı aləmin təhlükəsizliyini, təbiətdəki proseslərin qaydasınca getməsini təmin edir. İnsanın tələbatı ildən-ilə artır, nəticədə istehsalın miqyası genişlənir, istehsal prosesinə cəlb olunan təbii sərvətlərin, enerji resurslarından istifadənin həcmi də durmadan artır.
      Bununla əlaqədar olaraq ətraf mühitə atılan istehsal tullantılarının həcmi də artır. Bu tullantılar və zərərli kimyəvi birləşmələr atmosferin havasını, su tutarlarını, torpaqları xeyli dərəcədə çirkləndirir, bir cox yerlərdə bitki ortüyünün, meşə və yaşıllıqların azalmasına və ya tamamilə məhv olmasına səbəb olur. Sonda bu da öz təsirini nadir bitki və heyvan növlərinin azalmasaında və ya tamamilə yox olmasında göstərir. Hesablanmışdır ki, yanacağın yandırılmasından və istehsal prosesindən 100 il ərzində atmosferə 400 milyard tondan çox karbon 4-oksid (CO2) buraxılmışdır. Hazırda havaya hər il 200 milyon ton karbon 4-oksid, 50 milyon tondan çox azot oksidləri buraxılır. Təkcə hər il yanacağın istehsalı nəticəsində atmosferə təxminən 10 milyon tondan çox karbon qazı 700 milyon ton sulfat anhidridi, dəm qazı, kükürd qazı, azot oksidləri, karbohidrogenlər, 200-300 milyon ton aerozol, his və toz atılır. Müxtəlif sənaye müəssisələri atmosfer havasını, həmçinin çoxlu miqdarda karbon və kükürd qazları ilə zəhərləyir.
Böyük şəhərlərdə havanı zəhərləyən əsas mənbələrdən biri də avtomobillərin buraxdığı tüstü qazlarıdır. Bu qazların tərkibində 2-10%-ə qədər karbon 2-oksid (CO) olur. Sənaye şəhərlərinin havası ən çox kükürd 4-oksid (SO2) ilə zəhərlənir. Kükürd qazı ilə atmosferin çirklənməsində birinci yeri istilik elektrik stansiyaları (İES) tutur. Nəhəng İES və istilik energetika mərkəzlərinin havaya buraxdığı CO2 və SO2 qazlarının daim atmosferdə olması meşə zolaqlarına və bitki aləminə məhvedici təsir göstərir. Kükürd qazı və azot qazlarının atmosferdə çoxalması “turşu yağışlarının” yaranmasına səbəb olur. Bu cür yağışlar bütün canlı aləmə və həm də şəhər tikililərinə (tarixi abidələrə) böyük ziyan vurur.
      Hər il planetimizin atmosferinə 100 milyon tonlarla çirkləndirici maddələr qeyri-təbii yolla atılır. Atmosferdəki maddələrin ümumi miqdarının 90%-i qazlardan 10%-i bərk hissəciklərədn, toz və aerozoldan ibarətdir. Məlum səbəblərdən atmosferin tərkib hissəsi olan karbon qazının miqdarı ildən-ilə artmaqdadır. Karbon qazının miqdarının atmosferdə artması ilk növbədə iqlimin dəyişməsinə təsir göstərir. Atmosfer havasının toz-tüstü və hislə çirklənməsi də iqlim dəyişməsinə şərait yaradır. Karbon qazı ultrabənövşəyi şuanı infraqırmızı (istilik yaradan) şualardan yaxşı keçirir. Bu o deməkdir ki, Yer ətrafında karbon 4-oksidin miqdarının çoxalması şüşə ilə örtülmüş istixanada olduğu kimi “İstixana effekti” yaradır. Hesablamalara görə atmosferdə karbon qazının miqadarı iki dəfə artdıqda Yer kürəsində temperatur 1.4-2.3 dərəcə yüksələ bilər ki, bu da daimi buzlaqların əriməsinə və çoxlu yağıntıların düşməsinə səbəb olar. Nəticədə quru sahəsinin bir hissəsi subasmaya məruz qalar və külli miqdarda yağan yağıntılar digər ərazilərdə güclü daşqınların və sel sularının yaranmasına gətirər. Bu cür arzuolunmaz hadisələr hazırda müşahidə olunmaqdadır və hər il çoxlu sayda daşqınlar, torpaq sürüşmələri, subasma və son nəticədə insan ölümləri ilə müşayət olunur.
İri sənaye şəhərlərində atmosferin müxtəlif tullantılarla çirklənməsi “Smoq” adlanan çox təhlükəli vəziyyət yarada bilir. Smoq -su buxarı, tüstü qazları və avtomobillərin buraxdığı yanma məhsullarının birlikdə sıxlaşaraq əmələ gətirdiyi dumanabənzər zərərli qarışıqdır. İndiyədək London, Los-Ancelos, Tokio və başqa iri sənaye şəhərlərində smoq əmələ gəlməsi müşahidə edilmişdir. 1952-ci ildə Londonda smoq əmələ gəlməsi nəticəsində 4000 nəfərdən çox adam ölmüş, təqribən 9000 nəfər isə ağır xəstələnmiş, yüzlərlə avtomobil qəzası qeydə alınmışdır. Mütəxəssislər müəyyənləşdirmişlər ki, bu qarışığın tərkibində bir neçə yüz ton tüstü və sulfat anhidridi olmuşdur. Belə bir hadisə 1963-cu ildə Nyu-Yorkda baş vermiş və nəticədə 400-ə yaxın adam zəhərlənmə nəticəsində ölmüşdür.
Smoqla mübarizənin iki yolu var:
1) Şəhərlərdə yaşıllıqların artırılması.
2) Fabrik və zavodların tüstü qazları, avtomobillərin buraxdığı yanma məhsulları ciddi şəkildə təmizlənməli və onların miqdarına nəzarət edilməlidir.
       Hal-hazırda atmosferi ən çox çirkləndirən qazlar karbon 2-oksid və kükürd qazlarıdır. Karbon 2-oksidin 77-80%-ni havaya benzinlə işləyən avtomobillər buraxır. Kükürd qazlarını isə atmosferə ən çox istilik elektrik stansiyaları və metallurgiya zavodları buraxır. Metallurgiyada çuqun istehsalının əsas tullantıları posa və domna qazlarıdır. Polad emalı prosesində atmosferə çoxlu miqdarda tərkibi dəmir, alüminum, manqan və silisium oksidlərindən və floridlərdən ibarət tozlar qarışır. Qara metallurgiyaya xidmət edən koks-kimya istehsalı isə havaya və suya xeyli miqdarda fenollar və kükürdlü birləşmələr buraxır.
       Beləliklə, poladəritmə və domna prosesləri ətraf mühütün bütün obyektlərinə kifayət qədər güclü texnogen təsir edir. Dünyada istehsal olunan elektrik enerjisinin 80%-i İES-lərin payına düşür. Bu stansiyalar üzvi yanacaqla işləyir. Bu yanacağın əsas tərkib hissəsi karbon və hidrogen elementləridir. Yanacaqın yandırılması zamanı bu elementlər suya və karbon qazına çevrilir. Lakin üzvi yanacağın tərkibində az miqdarda başqa elementlər: azot, kükürd, vanadium, nikel, dəmir, alüminum, kalsium, maqnezium və s. olur ki, onların oksidləşmə məhsulları da ətraf mühütə kifayət qədər zərər vurur. İES-lərin atmosferə buraxdığı qazlar içərisində ən zərərlisi və çox olanı kükürd 4-oksiddir. Bildiyiniz kimi bu qaz atmosferdəki buxarla qarşılıqlı təsirdə olaraq “turşu yağışı” şəkilində yerə qayıdır. “Turşu yağışları”nın əsas tərkibi sulfit turşusu və ammonium-sulfat məhlulundan ibarətdi. Atmosferə kükürd ən çox İES-lərdə kömür yanacağın yandırılması zamanı çıxır. 1000MVt gücündə olan İES-lər hər il 3 milyon ton kömür yandırır. Bəzi kömürlərin tərkibində külün miqdarı 4-5%-ə çatır. Ətrafa buraxılan kükürd qazının miqdarını azaltmağın yollarından biri tüstü borularının mümkün qədər uca edilməsidir.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV