Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Daimi mühərrik.
“Perpetum Mobile” − “Daimi mühərrik” bu ideyanın ilk dəfə yerinin və vaxtının və meydana çıxma səbəblərinin araşdırılması xeyli çətin məsələdir. Lakin daimi mühərrik haqqında ilk qeydlərə qədim hind şairi riyazyyatçı və astronomu Bxaskarının yazılarında, həmçinin XVI əsr ərəb əlyazmalarında rast gəlinir. Avropada ilk daimi mühərrik layihələri mexanikanın inkşafı dövrünə, təxminən XIII əsrə təsadüf edir. XVI-XVII əsrlərdə daimi mühərrik ideyaları daha geniş şəkildə yayılmağa başladı. "Daimi mühərrik" mühərrik nədir və bu ideya nəyə əsaslanır kimi suallara cavab verməzdən əvvəl
mühərriklərə, onlarin növlərinə və onların faydali işi anlayışına səthi də olsa nəzər salaq. Bizim bütün bilib tanıdığımız hər cür mühərrik (motor) kənardan enerji almaqla, və yaxud sərf etməklə iş görür. Buxar maşınları, daxili yanma mühərrikləri, qaz və buxar turbinləri, reaktiv mühərriklər bərk, maye və ya qaz şəkilli yanacaqdan istifadə etməklə, elektrik mühərrikləri isə elektrik enerjisi sərf etməklə işləyir. Ümumiyətlə bütün mühərriklərin vəzifəsi hansı yanacaq növünü sərf etməsindən asılı olmayaraq bu yanacaqdan ayrılan enerjini mexaniki işə çevirməkdir. Məsələn, daxili yanma mühərriklərində benzinin və ya dizel yanacağının yanması nəticəsində yanma məhsulu olan isti qaz genişlənərək porşenə müəyyən bir təzyiq qüvvəsi ilə təsir göstərir. Nəticədə porşen bu təzyiq qüvvəsi istiqamətində hərəkət edir. Onunla əlaqələndirilmiş çarxqolu-sürgü qolu (krivoşip-şatun) mexanizmi porşenin irəlləmə hərəkətini fırlanma hərəkətinə çevirir. Bunlardan başqa qaz və buxar turbinləri də mövcutdur ki, onlar da müvafiq olaraq yanma məhsulu olan qızmar qazın və yaxud buxarın enerjisindən istifadə edərək işləyirlər. Qızmar qazın və buxarın enerjisi istiqamətləndirici borular vasitəsilə turbinin pərlərinə və ya qanadlarına tətbiq olunur.
Buxar maşınları da bu prinsipə əsasən işləyir. Fərq ondadır ki, buxar maşınının slindirində yanacaq yandırılmır. Bunun əvəzində oraya yüksək təzyiqli buxar verilir. Onlar ən çox buxar lokomotivlərində (paravozlarda) istifadə olunmuşlar. Heç bir mühərrik ideal olmayıb və onlarda bu və ya digər dərəcədə istilik və mexaniki itkilər olur. Mexaniki itkilər mexanizimlərin və mühərriklərin sürtünməyə məruz qalan detallarında meydana çıxan müqavimət qüvvələrinin və sürtünmə qüvvələrnin təsirindən yaranır, və nəticədə yanan yanacağın enerjisinin bir qismi bu zərərli müqavimət qüvvələrinin dəf edilməsinə sərf olunur. Bu isə hər bir mühərrik üçün faydalı iş əmsalını (f.i.ə) təyin edir.
       F.İ.Ə, faydalı işin tam işə nisbəti kimi təyin olunur və çox vaxt faizlə ifadə olunur. Sadə bir misalla f.i.ə izah edək. Tutaq ki, hər hansı bir avtomobil 1 litr yanacaq sərf etməklə 10 km yol qət edir. Halbuki, əgər bizim avtomobilin mühərrikində və digər mexaniki ötürmə sistemində itkilər sıfıra bərabər olsaydı yəni f.i.ə 100% olsaydı onda biz bu miqdar yanacaqın enerjisindən tam istifadə edərək bundan bir neçə dəfə artıq yol qət edə bilərdik ki, bu da nəzərdə tutulan tam işə bərabər olardı. Buradan isə aydın olur ki, tam iş yanacağın tam yanması zamanı ayrılan enerjiyə, faydalı iş isə bizim misalda gedilən yolda görülən mexaniki işə bərabərdir. Bütün istilik mühərriklərdəki istilik itkiləri, onların sürtünən hissələrindəki sürtünmə qüvvəsinin təsirindən yaranan mexaniki itkilər bizə yanacağın enerjisindən tam istifadə etməyə imkan vermir. Elektrik maşınlarındakı itkilər isə onların yastıqlarındakı, fırçalarındakı (əgər varsa) mexaniki (sürtünmə) və dolaqlarındakı qızmaya sərf olunan
elektrik itkiləri ilə təyin olunur. Onu da qeyd edək ki, bütün elektrik maşınları istilik maşınları ilə müqayisədə növündən asılı olaraq daha yüksək 70-95% f.i.ə malikdir. Ən az f.i.ə-na isə (7-12%) buxar maşınları malikdir. F.İ.Ə-nı heç bir halda vahidə, yəni 100%-ə qldırmaq mümkün deyil. Mühərriklər və onların f.i.ə haqqında az da olsa təsəvvür yaratdıqdan sonra daimi mühərrikin iş prinspinin nəyə əsaslandığını izah edək və ümumiyyətlə belə bir mühərrikin hansı şəraitdə işləyəcəyini yaxud da işləməyəcəyini aydınlaşdıraq. Daimi mühərrik kənardan heç bir mənbədən enerji almadan, öz daxili enerjisi hesabına daim “işləyən“ mühərrikdir. Bu mühərriklərin yayların, maqnit qüvvələrinin, cazibə qüvvəsinin və s. qüvvələrin qarşılıqlı təsirinə əsaslanan yüzlərlə müxtəlif variantları mövcutdur. Bu layihələrin hamısı uğursuzdur. Çünki istənilən halda maşın və mexanizimlərdə sürtünmə qüvvələri və digər əks təsir qüvvələri meydana çıxır ki, bu da sistemin daxili enerjisinin tükənməsinə və mühərrikin işləməməsinə gətirir. Yalnız ideal halda məsələn sistemdə sürtünmə qüvvələri olmadıqda fırlanan mexanizim daimi hərəkət edə bilər. “Daimi mühərrik” anlayışına və onun işinin nəyə əsaslandığına baxdıq. Bu zaman belə bir mühərriki nə üçün yaratmaq mümkün olmadığına aydınlıq gətirdik. Daimi mühərrik yaratmağa yönələn bütün cəhtlər uğursuzluğa düçardır. Qeyd etmişdik ki, hər bir prosesin, yaranışın bir başlanğıcı olduğu kimi bir sonu da var. Bir çox şeylər mövcutdur ki, onlar daimi deyildir. Lakin təbiətdə elə proseslər var ki, onların mövcutluğu və ya davamiyyəti nəinki insan ömrü ilə hətta canlı aləmin yaşı ilə müqayisədə belə “daimi” hesab oluna bilər. Məsələn, Günəşin parlaması, yerin daxili enerjisi, yer üzərindəki atmosfer və onun doğurduğu külək və s. bir çox milyon və milyard illərdir ki, mövcutdur. Bu enerji mənbələri sanki tükənməz kimidir. Deməli bunlardan istifadə edərək iş görən istənilən qurğu və ya mühərriki daimi olmasa da ikinci növ daimi mühərrik və ya təxmini “daimi mühərrik” adlandıra bilərik və bu elə sizin bildiyiniz bərpa oluna bilən təmiz və tükənməz alternativ enerji mənbələridir. Bir halda ki, mövzumuz “Daimi mühərrik”in üzərinə gəlmışdir burada, bu barədə öz xatirələrimdən də yazmaq, yəqin ki hörmətli oxucu üçün maraqlı olacaq.
       Müəllif də, məktəbli olduğu illərdə “daimi mühərrik” ixtira etmək arzusunda olmuşdur ki, bu da onun müxtəlif iş prinsiplərilə “işləyən” bir neçə “daimi mühərrik” sxemi çəkməsinə səbəb olmuşur. Maraqlı və bir qədər məzəli görünsə də bu “daimi mühərrik”lər mənim, o zamanlar riyaziyyat və fizika fənnlərindən olan zəifliklərimi üzə çıxarmışdır ki, belə bir səviyyə ilə də hər hansı ali məktəbə qəbul olmaq qeyri-mümkün idi. Əhvalat belə olmuşdur. Günlərin birində “işlədiyim” sxemlər haqqında atam mənim xahişimlə qonşuluqda yaşayan ixtisasca mühəndis olan hörmətli bir yoldaşa xəbər verir. Nəticədə müəllif dəqiq fənnlərdən bəzi sorğu-suallara məruz qalır və yuxarıda qeyd etdiyimiz kimi bəzi çatışmamazlıqlar aşkara çıxır. Bir vaxtlar İnşaat Mühəndisləri Universitetini bitirmiş təmənnasız və xeyirxah insan olan Asəf adlı həmin hörmətli yoldaş müəllifə riyaziyyat, fizika və başqa fənnlərdən hər bir abituriyentə lazım olacaq bir çox bilgiləri öyrədir. Bu hazırlıqda məktəbdəki sevimli müəllimlərimizin də xeyli zəhməti olmuşdur.
       Nə qədər qəribə görünsə də o zamanlar, hələ abituriyent olmazdan xeyli qabaq mən texniki yönlü hər hansı bir ali məktəbə qəbul olmağı texnikaya olan maraqla yanaşı həm də çəkdiyim bu “daimi mühərrik” sxemlərinə görə arzu etmişdim. Bilirdim ki, axtardığım sualların bütün cavablarını orada tapacağam, bu suallara cavab verə biləcək insanlara orada rast gələ biləcəyəm. Arzu etdiyim kimi tələbə oldum, o vaxtdan xeyli illər keçsə də mən bu “sxemləri” heç kimə göstərmədim, nə də bu barədə bir kimsəyə danışmadım. Çünki tələbəlik illərində artıq axtardığım sualların cavabını özüm yavaş-yavaş, kursdan-kursa keçdikcə, yeni-yeni texniki-mühəndis fənnləri öyrəndikcə tapırdım. İndi isə “daimi mühərrik” yaratmaq iddiasında olanlara sadəcə gülməyim gəlir. Lakin təxmini “Daimi mühərrik” nə möcüzədir, nə də ki, xəyal. İnsanlar bir çox uzun minilliklər boyunca özləri də bilmədən bu mühərrikləri kəşf etmişlər. Onlar ilk dəfə yelkənli qayıqlarda üzdükdə, ilk su çarxlarını, ilk külək mühərriklərini işlətdikdə artıq öz ölməz ixtiralarının dəyərindən xəbərsiz “təxmini daimi mühərrik”i yaratmışlar. Bu gün isə başqa bir dövr, başqa bir minillikdir. Bu dövrdə elm və texnologiya bizə daha neçə-neçə müxtəlif iş prinsiplərinə əsaslanan təxmini daimi mühərrik yaratmaq imkanı açır. Bu dövürdə artıq insanlar təkcə küləyin, çayların enerjisindən deyil, eyni zamanda günəşin enerjisindən, yerin daxili enerjisindən və s. istifadə edərək öz tükənməz enerji mənbələrini öz “daimi mühərrik”lərini yaradır və işlədirlər.
Axı nə üçün də küləyin, günəşin enerjisi və ondan istifadə imkanları bizim ömrümüzlə müqayisdəd daimi sayilmasın. Küləyin, günəşin energisindən və eləcə də onların digər çevrilmələrindən hər zaman istifadə edə bilərik.
Məsələn üzərində külək pərləri və günəş batareyaları quraşdirilmış qayıq və gəmilərin hazırlanması və onların dəniz və okeanlarda istismarı praktiki olaraq mümkündür və bu qurğular gəmilərdə ən azından köməkçi enerji mənbəyi və ya enerji qurğusu rolunu oynaya bilər. Bundan başqa günəş batareyalarından və köməkçi akkumlyatorlardan qidalanan elektromobillərin hazırlanması və istismarı imkanları da mövcutdur, alternativ enerji mənbələri vasitəsilə əldə olunan hidrogenlə işləyən daxili yanma mühərrikli avtomobillərin, qanadlarında günəş batareyaları quraşdırılmış təyyarələrin və yaxud küzovunda, banının üzərində günəş batareyaları yerləşdirilmış elektrik qatarlarının hazırlanması da mümkündür və bütün bunlar bir fantaziya, ya da bir xəyal deyil işlənib hazırlanması mümkün olan reallıqdır, elmin texnalogiyanın bizə verdiyi imkanlar və eləcə də zamanın, bu günün və gələcəyin tələbidir. Bu deyilənlərdən bəzisi hal-hazırda da mövcutdur. Lakin, onlardan geniş miqyasda istifadə olunmur. İnsanlar adətən daha asan yollarla getməyə çalışırlar və görünür ki, indiki zamanda nefti, qazı əldə edib işlətmək daha asandır. Digər sadalanan yollar isə onda yada düşür ki, bu zaman ənənəvi mənbələrdə qıtlıq, təbiətin ekologi durumunda isə ciddi mənfi dəyişikliklər müşahidə olunsun. Bu hallar zaman keçdikcə daha qabarıq şəkildə müşahidə olunur. İstər-istəməz bərpaolunabilən mənbələrdən geniş şəkildə istifadəyə keçiləcək. Gələcəyin nəqliyyat vasitələri günəş batareyaları və ya hidrogen yanacağı ilə işləyən avtomobillər olacaq. Düşünürük ki, gələcəkdə ənənəvi yanacaqdoldurma məntəqələrində benzini təmiz hidrogen əvəz edəcək. Yol kənarlarında elektromobilləri yükləmək üçün "elektrikyükləmə" məntəqələri və ya qurğuları olacaq, elektromobillərin akkumlyatorlarının yüklənməsi avtodayanacaqlarda, vətəndaşların mənzillərində adi şəbəkədən istifadə edilməklə də həyata keçirilə bilər. Biz gələcəyi bu cür mükəmməl və təmiz görməyi arzulayırıq və ümüd edirik ki, bir vaxt gələcək elə bu cür də olacaq. İnsanlar daim can atdığı sakit, rahat və sülh içində olan Dünyanı əldə edəcək.
Nə qədər ki, günəş bu planetə işıq saçır, nə qədər ki, başımızın üzərində atmosfer adlanan nəhəng hava okeanı mövcutdur, nə qədər ki, bu dünya öz nizamı ilə hərəkət edir elə bəşəriyyətin tükənməz enerji mənbəyi-daimi mühərriki də, o mövcut olduğu müddətdə var olacaq.
       Uşaqlıq illərində atamın mənim üçün düzəldib hündür bir dirəyə bərkitdiyi fırfıraya-bu külək mühərrikinə baxarkən mənə elə gəlirdi ki, o heç vaxt dayanmır. Gündüz işığında onun necə fırlandığını görür, gecənin qaranlığında isə səsini eşidirdim. O, sanki dayanmaq bilmədən işləyirdi. Sonralar xatırlayarkən bəzən mənə elə gəlirdi ki, ixtira etmək istədiyim, axtardığım “daimi mühərrik” elə budur və artıq onu tarixin unutduğu, adı naməlum olan hansısa bir insan ixtira edib.
       Aspiranturaya qəbul olduqdan sonra hansı mövzunu seçmək məsələsini elmi rəhbərim olan hörmətli professor Abdullayev Ayaz müəllimlə müzakirə edərkən, o masanın üzərindəki külək qurğusunun təsviri olan şəkilə işarə edərək mənə külək qurğuları ilə bağlı mövzu işləməyi təklif etdi. Elə bu anda təsvir etdiyim hadisələr, xatirələr bir anlığa hamısı yadıma düşdü. Bu görüləcək elmi işin nə dərəcədə uğurlu və faydalı olmasından asılı olmayaraq mənim üçün dəyərli bir təklif idi və mən onu məmuniyyətlə qəbul etdim.
       Hörmətli oxucu mənim, tükənməz enerji mənbələrindən istifadə edən qurğuları nə üçün təxmini olsa belə “daimi” hesab etdiyimi artıq bilirsiniz və bilirsiniz ki, bu dünyadakı həyatımız daimi olmasa da onlardan istifadə bizə və bizdən sonrakı bir çox nəsillərə də bəs edəcək.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV