Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Azərbaycanda külək enerjisi

      XXI əsirdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohinrogen ehtiyatının tükənməsi və həmçinin dünyanın güngündən enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindən-
dir. Külək qurğularının və günəş batareyalarının quraşdırılması ətraf mühütdə hər hansı bir ekoloji pozuntu (çirklənmə) ilə müşayət olunmur. Bu qurğuların dünyanın bir çox yerlərində eləcə də Abşeronda quraşdırılması və istisimarı üçün əlverişlı yerlər mövcutdur Respublikamızda yaranan enerji böhranını aradan qaldırmaq üçün külək maşınlarından istifadə etmək olar.
       Aprılan meteroloji tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində əsasən Bakıda, Sumqayitda, Abşeronda, Binədə, Maşdağada külək enerjisindən istifadə etmək məqsədə uyğundur. Azərbaycan ərazisində külək enerjisindən istifadə olunmasının səmərəliliyini müəyyən etmək üçün respublikanın iqlim xüsusiyyətlərini öyrənmək lazımdır. Çünki külək maşınlarının etibarlığı, məhsuldarlığı, iqtisadi səmərəliliyi və s. Bilavasitə quraşdırıldığı ərazinin külək rejimindən asılıdır. Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır. Dağların Respublikanın iqliminə və külək rejiminə təsiri böyükdür. Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından Respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san. Abşeronda isə 8.6m/san.-dir. Yuxaridakı şəkildə Azərbaycanda küləyin orta illik sürətinin nə cür paylandığını təsvir edən xəritə göstərilmişdir. Xəritədən göründüyü kimi Abşeron yarımadasında küləyin sürəti digər ərazidəkilərlə müqayisədə daha yüksəkdir. Xəritədəki tünd rənglər küləyin daha yüksək sürətinə, açıq rənglər isə aşağı sürətinə uyğundur. ( Qeyd; Xəritədə 1920-ci il rus faşistlərinin işğalından sonrakı sərhədlər təsvir olunub. İnanırıq ki əsil sərhədlərimizi bərpa edəcəyik )
       Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutu Respublikanın Meteroloji stansiyalarında toplanmış bütün flüger müşahidələri materiallarını qruplara ayırıb, rayonların landışaftlarına görə külək sürətlərinin paylanması rejimlərinin aşağidaki tiplərini müəyyən etmişdir:
       A tipli rejim-Abşeronda və Respublikanın şimal sərhədlərində Kür dilinə qədər Xəzərkənarı zonada olan yerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən böyük olur.
       B tipli rejim-Kürkənarı düzənliyində olanyerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən 3m/san-dək olur.
       V tipli rejim-Respublikanın dağ rayonları üçün səciyyəvidir. V zonasında küləyin orta illik sürəti 3m/san-dən kiçik olur.
Ona görə də bu zona külək enerjisindən istifadə üçün yararsız hesab edilir. Lakin burada onu da nəzərə almaq lazımdır ki, əsasən Vzonasını təşkil edən yüksək dağlıq ərazilərin iqlim xüsusiyyətləri hələ yaxşı öyrənilməmişdir. Işin bu cəhəti nəzərə alınarsa hətta V zonasında da külək enerjisindən də istifadə tamamilə səmərəli hesab edilə bilər.

Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV