Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Azərbaycanda görülən işlər
      Ənənəvi enerji mənbələri ehtiyyatının tükənməsi və ətraf mühütün çirklənməsi səbəbilə bütün dünya miqyasinda, inkşav etmiş və inkşaf etməkdə olan ölkələrdə tədricən alternativ enerji mənbələrindən istifadəyə keçid istiqamətində geniş elmi-tədqiqat işləri aparılmaqla yanaşı onların quraşdirilması və istismarı prosesləri də həyata keçirilir.Belə ki, ölkəmiz də bu tədbirlərdən kənarda qalmayıb. Hələ keçmiş sovet ittifaqı zamanında Azərbaycanın alternativ və bərpaolunabilən enerji ehtiyyatlarınin tədqiqi və öyrənilməsi sahəsində bir sıra dəyərli elmi-tədqiqat işləri aparılmış əhəmiyyətli nəticələr əldə olunmuşdur. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı bu sahədə bu gün görülən işlərə əhəmiyyətli dərəcədə təkan vermişdir.
       Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Azərbaycan Milli Elimlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutunda, Bakıhidrolayihə İnstitutunda müvafiq işlər aparılmışdır. Belə ki, azərbaycanda alternativ enerji mənbələrinin istifadəsinin səmərəliliyi dərindən öyrənilmiş, bu yöndə praktiki işlər görülmüşdür. Müəyyənləşdirilmişdir ki, azərbaycanda təkcə küləyin və günəşin deyil həmçinin digər mənbələrin də istifadəsi üçün lazımı şərait mövcutdur. Yaxın gələcəkdə bu mənbələrin qurulub istifadə edilməsi və həmçinin küləyin, günəşin və suyun enerjisindən istifadə edən enerji qurğularının istehsalı məqsədilə Azərbaycanda müvafiq istehsalat müəssələri tikilməkdədir. Buna nümunə kimi Sumqayıt Texnoloji Parkını göstərə bilərik. Bu Texno Parkda hal-hazırda artıq işləyən və həmçinin tikilməkdə olan müəssələr mövcutdur. Burada su turbinlərinin, günəş kollektorlarının, külək enerji qurğularının istehsalı nəzərdə tutulub. Hazırda Texno Parkda yüksək gərginlik xətləri üçün müxtəlif kabellər, müxtəlif məqsədlər üçün istifadə olunan bütün növ yüksək kefiyyətli plastik borular, ağır tonnajli yük avtomobilləri üçün sistern və transportyor tipli qoşqular və sistern dəmiryol vaqonları istehal olunur.
      Alternativ enerji mənbələrinin tədqiqi və bu sahə üzrə yerli mütəxəssislər hazırlamaq məqsədilə Qobustan rayonunda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi fəaliyyət göstərir. Poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılmışdır. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir.
      İldən-ilə məişətdə, təsərrüfatlarda küləyin və günəşin enerjisindən istifadə genişlənir. Çox az da olsa bəzi kəndlərdə fərdi istifadə üçün heyvan və məişət tullantılarından istifadə edərək bioqaz istehsal edən qurğuların istifadəsinə başlanmışdır. Dövlət miqyasında müvafiq işlərin görülməsi Azərbaycanın gələcəkdə regionda və dünyada alternativ enerji mənbələrindən istifadə üzrə liderlik etməsinə, öz daxili enerji ehtiyaclarını ödəməklə yanaşı, enerjinin digər ölkələrə də satılmasına imkan yaradacaq.
Ətraflı məlumat üçün bax.“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı.
Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV